Page 299 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 299
Seçilmiş əsərləri
Missis Kalver (Təmkinlə). Bəli, əzizim.
Marta. Səni burada görəcəyimi qəti gözləmirdim.
Konstansın yanına gedəcəyini mənə deməmişdin axı.
Missis Kalver (Ürək açıqlığıyla). Sənin o quş gözlə-
rindən nə fikirləşdiyini bilməyincə bura gəlmək niyyə-
tim yox idi. Sonra qərara aldım ki, elə birinci özüm bura
gəlim.
Marta Bentli deyir ki, Konstans evdə yoxdu.
Missis Kalver. Hə... Sən onu gözləyəcəksən?
Marta. Əlbəttə.
Missis Kalver. Onda mən də burada olacam.
Marta. Böyük mərhəmət göstərmiş olarsan.
Missis Kalver. Nəcib sözlərdir, əzizim, amma səsin
nəsə soyuq çıxdı.
Marta. Ana, nə demək istədiyini anlamıram.
Missis Kalver. Əzizim, biz bir-birimizi lap çoxdan
tanıyırıq, eləmi, hətta bunu xatırlamaq belə adamın ke-
fini pozur.
Marta. Heç də elə deyil. Mənim otuz iki yaşım var.
Öz yaşımdan da utanıb eləmirəm. Bax, Konstansın yaşı
otuz altıdı.
Missis Kalver. Hər halda, hesab eləyirəm ki, bəzən
səmimiyyət işləri korlayır. Biz qadınlar sirli olmağı xoş-
layırıq.
Marta. Məni bir şey fikirləşib başqa şey deməkdə
günahlandırmaq çətindi.
Missis Kalver. Əlbəttə, sözü açıq demək indi dəb-
dədir. Amma çox vaxt əsas məsələni gizlətmək üçün bu,
gözəl pərdədir.
Marta. Ana elə bilirəm, sən məndən nədənsə nara-
zısan.
Missis Kalver. Mən də öz tərəfimdən bu fikirdəyəm
ki, sən bilərəkdən özünü axmaq yerinə qoymusan.
Marta. Çünki Konstansa xəbəri olmadığı bir xəbəri
çatdırmaq istəyirəm.
299