Page 296 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 296
yam Somerset Moem
Culiya əlini böyük zala tərəf uzatdı. O tərəfin işığını
azaltmışdılar və indi o oturan yerdən ora tamaşa oyna-
nılan səhnəyə daha çox oxşayırdı.
“Bütün dünya bir teatr, ordakı qadınlar və kişilərin
hamısı aktyordur1. Amma yer oturduğum bu yerdən
mənim gördüyüm illüziyadan başqa bir şey deyil. Bu
dünyada yalnız biz artistlər gerçəyik. Bax, Rocerə ca-
vabım da elə budur. Bütün insanlar bizim xammalı-
mızdı. Biz onların həyatına məna verənlərik. Biz onların
cılız, səfeh hisslərini götürüb sənət əsərinə çeviririk, on-
dan gözəllik yaradırıq. Onların bu həyatda təyinatı bizlə-
rin özümüzü necə ifadə eləməyimizə şahid durmaq
üçün tamaşaçı olmaqdan ibarətdi. Onlar bizim əllərimiz-
də dillənən musiqi aləti kimi bir şeydilər. Əgər çalan ol-
mayacaqsa o alət kimə lazımdı?
Bu fikirdən xoşhallandı və Culiya bir neçə dəqiqə
canındakı “ovqatın” ləzzətini yaşadı. Ağlı, düşüncəsi
özünə heyrətamiz dərəcədə aydın görünürdü.
“Rocer təkid eləyir ki, biz aktyorlar həyatda möv-
cud deyilik. Amma, tam əksinə, mövcud olan elə bizik.
Onlar, sadəcə, kölgədilər və biz o heçliyə bədən geyin-
diririk. Biz həyat adlanan bu qaydasız, məqsədsiz müba-
rizənin rəmzləriyik. Və gerçək olan da elə rəmzlərdi.
Deyirlər, oyun bir yalandı. Amma gerçək olan təkcə elə
bu yalandı”.
Beləcə Culiya öz düşüncələriylə Platonun “ideya-
lar” nəzəriyyəsinin məğzinə gəlib çatmışdı. Bu hiss ürə-
yinin bayramına bayram qatdı. Culiyaya qəflətən elə
gəldi ki, içindən nəhəng adsız kütləyə, yalnız onun
özünü ifadə eləməsinə imkan yaratmaq üçün mövcud
olan publikaya qarşı dalğa-dalğa rəğbət hissi axıb-keçdi.
2 Uilyam Şekspir, “Bu sizin xoşunuza gəlirmi”
296