Page 292 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 292
yam Somerset Moem

“Ay pivə, gözəl pivə!”1. Culiya astadan zümzümə
elədi.

Təsəvvürünə gətirdi ki, indi onun nə işlə məşğul
olduğunu bilsəydi, Mayklın sifəti nə rəng alardı. Zavallı
Maykl! Elə bilir ki, Culiya mizansəhnəni onun Evisə çox
diqqət ayırdığına görə korladı. Doğrudan da, kişilərin
belə səfeh olduqlarını fikirləşəndə lap adamın onlara
yazığı gəlir. Deyirlər, guya qadınlar şöhrətpərəst olur-
lar, əslində, kişilərlə müqayisədə qadınlar təvazökarlıq
mücəssəməsidilər. Culiya Tom barəsində təbəssümsüz
düşünə bilmirdi. Tom bu günorta və daha çox bu axşam
onunla olmaq istəyirdi. Dünyanın işinə bir bax, indi
onun nəzərində Tomla, səhnə fəhlələri arasında heç bir
fərq yox idi. İnsanın öz ürəyinə ancaq özünün sahib ol-
ması necə də xoş hissdir. Bu, insanın özünə inamını daha
da artırır.

Culiyanın əyləşdiyi zal arakəsmələrlə üç yerdən
restoranın böyük zalına birləşdirilmişdi. Orada əyləşən-
lərin arasında, şübhəsiz ki, onu bu gün teatrda görənlər
də var idi. Əgər bilsəydilər ki, qonşu otaqda, küncdəki
stolda əyləşən və sifətini şlyapanın ətəkləri yarıyacan
gizləyən bu sakit qadın Culiya Lembertdi, yaman hey-
rətlənərdilər. Burada belə tanınmadan və sezilmədən
oturmaq necə də xoş, bu sərbəstliyin dadı necə də şirin
idi. İndi bu restoranın müştəriləri onun qarşısında han-
sısa pyesdə oynayan aktyor, o isə tamaşaçı idi. Onlar
arakəsmələrin yanından keçəndə ani olaraq Culiyanın
gözünə görünmüşdülər. Cavan kişilər və cavan qadınlar;
cavan kişilər və cavan olmayan qadınlar; keçəl, qarınlı
kişilər, sifətlərini boyayıb əyinlərinə geyindikləri cavan-
lıqla ötüb-keçən zamanı tutub saxlamaq istəyən yaşlı,

1 ingilis şairi Çarlz S.Koverlinin (1831-1884) “Pivə” şeirinin əvvəli

292
   287   288   289   290   291   292   293   294   295   296   297