Page 290 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 290
yam Somerset Moem

Evi zəng eləmək üçün xidməti çıxışa sarı getmişdi.
Qayıdanda Culiya ondan onu küçədə çoxmu adamın
gözlədiyini soruşdu.

– Üç yüz olar.
– Lənət şeytana!
Culiyanı qəflətən hamıdan və hər şeydən qaçmaq
istəyi bürüdü. Heç olmasa birsaatlığa şöhrətindən qaçıb
gizlənmək istədi.

– Yanğınsöndürəndən xahiş elə ki, məni əsas qapı-
dan çıxarsın. Taksi tutub gedəcəm. Bir azdan çıxıb ca-
maata deyərsən ki, gözləməyin xeyri yoxdu.

Evi eyhamla:
– Tək Tanrı şahiddi ki, mən nələrlə barışmalı oluram
– dedi.
– Ay səni, qoca inək.
Culiya hər iki əliylə Evinin sifətini ovxalayıb yana-
ğından öpdü, sonra astaca odasından səhnəyə, ordan da
ehtiyat çıxışdan qaranlıq zala keçdi.
Culiyanın bu maskarad geyimi, doğrudan da, öz
işini görə bilmişdi. Çünki o, Barklidə ən xoşladığı balaca
zala daxil olanda baş ofisiant onu ilk əvvəl tanımadı.
Culiya bir qədər inamsız tərzdə soruşdu:
– Məni gizlətməyə burada bir künc tapılarmı?
Səsi və ikinci baxışı onun kimliyini qarşısındakına
bəyan etdi.
– Stolunuz sizi gözləyir, miss Lembert. Bizə dedilər
ki, siz tək olacaqsız.
Culiya başını tərpətdi və onu küncdəki stola ötürdü.
– Miss Lembert, bu gün tamaşanız möhtəşəm alınıb.
Yaxşı xəbərlər yerdə qalmır.
– Nə sifariş edəcəyik?

290
   285   286   287   288   289   290   291   292   293   294   295