Page 295 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 295
Seçilmiş əsərləri
gəldi. Bu da ona dəlalət eləyir ki, təsviri sənət, bu mu-
zeylər, abidələr heç də vaxt öldürmək üçün deyilmiş”.
Əlbəttə ki, onun ayaqlarına ancaq tünik yaraşır,
amma görən bu görkəmdə tragik görünə biləcəkmi?
Culiya iki-üç dəqiqə bu sual ətrafında ciddi düşündü. O,
ona biganə qalan İppolitin dərdindən alışıb-yananda
(Culiya Tomun sifətini gənc yunan ovçu kimi qrimləmiş
halda, əynində isə Sevil-roudan olan kostyum, gözünün
qabağına gətirib astadan güldü) həmin o bir yığın əski-
üsküsüz lazım olan effekti yarada biləcəkdimi? Bu
çətinlik Culiyanı ruhlandırdı. Amma elə bu vaxt ağlına
gələn bir fikirdən əhvalı dərhal korlandı.
“Bütün bunlar çox gözəl, amma mən yaxşı dra-
maturqu haradan tapım? Saranın Sardı1, Duzenin D.An-
nunçiosu2 var idi. Bəs mənim kimim var? “Şotlandiya
kraliçasının gözləri çox gözəldi, amma neyləyim ki, mən
sonsuz toxucu qadınam”3.
Amma Culiya bu qüssə dolu düşüncənin onu uzun
müddət rahatlıqdan məhrum etməsinə imkan vermədi.
Özündə elə bir ruh yüksəkliyi hiss eləyirdi ki, sanki,
Devkalion4 çöldə atılıb qalan daşlardan insan yaratdığı
kimi o da heç nədən dramaturq yaratmaq iqtidarındaydı.
“Bu günlərdə Rocer nə səfehləyirdi elə? Yazıq Çarlz
da o deyənlərə ciddi yanaşır. Rocer, sadəcə, axmaq bal-
aca nəsihətbazın birisidi, vəssalam”.
1 Sard – fransız dramaturq Viktoryen Sard (1831-1908)
2 D.Annunçio – italiyalı yazıçı Qabriel D.Annunçio (1863-1938)
3 İslahatlar dövrünün ictimai xadimi ser Ceyms Melvillin memuarlar kitabında
kraliça I Yelizavetanın sözünün uyğunlaşmış ifadəsi
4 Devkalion – yunan mifologiyasında Prometeyin oğlu, Pirrin əri. Zevsin ira-
dəsiylə bütün günaha batan cəmi məxluqatı məhv etməli olan böyük daşqın
zamanı Pirrlə birlikdə Nuhun gəmisində xilas ola bilir. Daşqından sonra gəmi
Parnos dağında lövbər salır. Bəşər övladının yeni nəsli Devkalionun və Pirrin
arxalarınca atılan daşlardan yaranır.
295