Page 293 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 293
Seçilmiş əsərləri

ayağısürüşkən qadınlar. Biri vurulub, o biri biganədi,
üçüncü qısqanclıqdan alışıb-yanır.

Bifşteksi gətirdilər. O eynilə onun istəyinə uyğun
hazırlanmışdı: ədviyyatlı, ağızda xırçıldayan soğanla.
Culiya qızardılmış kartof dilimlərini elə incə hərəkətlə
bir-bir barmaqlarıyla ağzına aparıb, sonra ağzını elə
ləzzətlə marçıldadırdı ki, bütün vücudu, elə bil deyirdi:
“Dayan, zaman, sən nə qədər gözəlsən!”

“Məhəbbət bifştekslə müqayisədə nədi ki?” Culiya
özünə sual elədi. Tək-tənha oturub xəyalən ora-bura get-
məkdən gözəl nə ola bilərdi axı? Təzədən xatırladı və çi-
yinlərini çəkdi. “Bu çox məzəli macəra həm də mənə
dərs oldu”.

Şübhə yoxdu ki, Culiya gələcəkdə bundan özünə
xeyir götürəcək. Yarımdairəvi arakəsmələrin yanıyla
hərəkət eləyən rəqqasların vücudları ona bu gün oyna-
dığı pyesdən bir səhnəni xatırlatdı və Culiya yenidən
Sen-Maloda qonaq olduğu vaxt ilk əvvəl ağlına hakim
kəsilən bir fikri yadına saldı. Tom onu atanda çəkdiyi
işgəncələr yeniyetməlik illərində Janna Tebunun Culi-
yaya oxutduğu “Fedra”nı1 yaddaşında diriltmişdi. Culi-
ya faciəni təkrar oxudu. Tezeyin arvadını gəlib tapan
dərd eynilə ona da yoluxmuşdu. Culiya onunla o qadı-
nın taleyi arasındakı bu heyrətamiz oxşarlığı görməyə
bilməzdi. Bu rol ondan ötrü yaranmışdı: xeyli cavan
birisinin yaşlı bir qadının məhəbbətini rədd eləməsinin
ağrısını Culiyadan yaxşı kim duya bilərdi? Bax, bu ta-
maşa olardı! Yazda niyə belə pis oynamasının və Mayk-
lın pyesi repertuardan çıxarıb teatrı bağlamağa qərar
verməsinin səbəbini Culiya ancaq indi anladı. Çünki o,

1 Fedra – Yunan mifologiyasına görə, Krit hökmdarı Minosun qızı, Tezeyin
arvadı

293
   288   289   290   291   292   293   294   295   296   297   298