Page 289 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 289
Seçilmiş əsərləri

– Mumla, qoca qarğa. Onlara zəng elə de ki, Culi-
yanı dəhşətli baş ağrıları tutdu, ona görə də uzanmaq
üçün evə getməli oldu. Əgər vaxt eləsə, bir azdan mister
Qosselin gələcək.

– Qəbul axı sizin şərəfinizə təşkil olunub. Doğru-
danmı, siz zavallı qarının zəhmətini yerə vuracaqsız.

Culiya ayaqlarını yerə döydü.
– Mən qəbula getmək istəmirəm və getməyəcəm!
– Ev bomboşdu, siz yeməyə bir şey tapmayacaqsız.
– Mən heç də evə getməyə hazırlaşmıram. Mən
restoranda şam eləyəcəm.
– Kiminlə?
– Tək.
Evi heyrətlə ona baxdı.
– Amma tamaşa uğurlu keçdi, eləmi?
– Bəli, hər şey çox gözəl alındı. Mən xoşbəxtlikdən
özümü göyün yeddinci qatında hiss eləyirəm. Çox sevi-
nirəm. Odur ki, tək qalıb bu hisslərimdən ciyər dolusu
həzz almaq istəyirəm. Berkliyə zəng vur, de ki, balaca
zalda mənim üçün birnəfərlik stol hazırlasınlar. Özləri
başa düşəcəklər.
– Sizə nə olub belə?
– Mənim həyatımda bir də belə anlar olmayacaq.
Odur ki, bu anları heç kimlə bölüşmək istəmirəm.
Qrimini siləndən sonra Culiya nə dodaqlarını
boyadı, nə də yanaqlarını qızartdı. Teatra geyinib gəldiyi
həmin qəhvəyi donu təzədən əyninə keçirib, həmin şlya-
panı da başına qoydu. Bu, ətəkli bir şlyapa idi və Culiya
sifətini daha yaxşı gizlətmək üçün onu lap aşağı dartdı.
Hazır olandan sonra güzgüdə özünə baxdı.
– Mən lap əri atıb gedən tikiş fabrikinin dərzisinə
oxşayıram. O kişini qınamalı deyil. İnanmıram ki, məni
tanıyalar.

289
   284   285   286   287   288   289   290   291   292   293   294