Page 284 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 284
yam Somerset Moem
əlavə işıq verməsi tamaşaçıların diqqətini yayındırırdı.
Evisin mavi donu onun yanında ağarmış əsgi kimi
görünürdü. Onlar əsas mizansəhnəyə çatanda fokusçu
şlyapasından dələni çıxaran kimi Culiya da hardansa iri
tünd-qırmızı şifon dəsmal çıxarıb onunla oynamağa
başladı. Gah yelləyirdi, gah dizləri üstə qoyub, elə bil
yaxşı görsün deyə əlləriylə hamarlayırdı, gah kəndir
kimi bükmələyirdi, onunla alnını, cazibəli jestlə burnunu
silirdi. Tamaşaçılar ovsunlanmış kimi gözlərini heç cür
bu qızılı parçadan çəkə bilmirdilər. Culiya səhnənin
dərinliyinə çəkilirdi və odur ki, onun atmacalarına cavab
verərkən, Evis zala arxa çevirmək məcburiyyətində
qalırdı. Hər ikisi divanda yanaşı əyləşəndə isə tamaşa-
çılara elə gəldi ki, Culiya sanki daxili tələbatına tabe
olaraq, tamamilə təbii şəkildə qızın əllərindən tutub
başını arxaya atanda Evis də məcburən döndü və bu
zaman publika onu profildən gördü. Hələ məşqlərdə
Culiya sezmişdi ki, Evis profildən baxanda bir azca
qoyuna oxşayır. Müəllif bu yerdə Evis üçün elə məzəli
mətn yazmışdı ki, məşqlər zamanı aktyorlar hamısı
gülməkdən uğunub gedirdilər. Amma indi Culiya
dərhal cavab atmacasıyla o sözlərin belə gülməli olma-
sını dərk etmək üçün zala imkan vermədi, tamaşaçılar
Culiyanın nə dediyini eşitmək üçün səslərini boğdular.
Sırf komediya kimi düşünülən səhnə istehza çaları aldı
və Evisin personajı mənfur göründü. Evis gözlədiyi
gülüşü eşitmədiyindən təcrübəsizlikdən təşvişə düşdü
və özünə nəzarəti itirdi. Səsi sərt, jestləri yöndəmsiz
alınırdı. Culiya bu mizansəhnəni Evisdən alıb heyrə-
tamiz ustalıqla oynadı. Amma onun zərbəsi hələlik
müvəqqəti idi. Evis uzun bir nitq irad eləməliydi. Bu
zaman isə Culiya əsəbiliklə dəsmalını əzib-büzürdü və
qeyri-ixtiyari olaraq ardınca uyğun ifadəni gətirdi.
Culiya həyəcanla Evisə baxdı və iki iri damla gözündən
çıxıb yanağıyla axdı. Hiss eləyirdin ki, o, bu havalı qıza
görə xəcalətdən az qalır yerə girə, görürdün ki, o, yüksək
284