Page 281 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 281
Seçilmiş əsərləri
istəməz ona yazığı gəldi. Əlini nəvazişlə Tomun yanaq-
larına sürtdü.
– Buzcığazım, mənim. (“Maraqlıdır, görən, Maykl
bilet növbəsində dayananlar üçün çay göndərməyi
unutmayıb ki? Ucuz başa gəlir, amma əvəzində, tama-
şaçılar bunu çox baha dəyərləndirirlər”). Bilirsən, mən,
doğrudan da, getməliyəm. Miss Filippe düz saat altıda
gələcək. Evi dəli olar. Yəqin, indi həyəcan keçirir ki,
görən, mənə nə olub.
Culiya əynini geyindiyi müddətdə şən ovqatdaydı
və elə hey danışırdı. O, Toma baxmadan da görürdü ki,
o, özünü öz qabında hiss eləmir. Culiya şlyapasını ba-
şına qoydu, Tomun sifətini əlləri arasına alıb dostcasına
öpdü.
– Hələlik, mənim quzum. Ümidvaram ki, axşamı
yaxşı keçirəcəksən.
– Sənə də uğurlar.
O, yöndəmsiz tərzdə gülümsədi. Culiya başa düşdü
ki, o, onu anlaya bilmir. Mənzildən sıçrayıb çıxdı. Əgər
Culiya İngiltərənin tanınmış aktrisası və yaşı qırxı
adlamış qadın olmasaydı, düz evinəcən bir ayaqlı qa-
çardı. O, özündən dəhşətli dərəcədə razı qalmışdı.
Culiya giriş qapısını öz açarıyla açıb ardınca çırpıb bağ-
ladı.
– Amma Rocerin sözlərində, hər halda, nəsə var.
Doğrudan da, məhəbbətin ətrafında bu qədər ki hay-küy
yaradırlar, əslində, onun özü buna dəyməz.
İYİRMİ DOQQUZUNCU HİSSƏ
Dörd saat sonra artıq hər şey arxada qalmışdı. Lap
əvvəlindən pyes çox yüksək qarşılandı. Publika, teatral
mühit ilin münasib vaxtı olmasa da, yay fəslindən sonra
yenidən teatrda olmaqdan məmnun idi və bunu sezmək
Culiya üçün çətin deyildi. Bu, teatr mövsümünün uğur-
281