Page 285 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 285
Seçilmiş əsərləri
ideallarının, vicdanlı, xeyirxah bir həyat sürmək həsrə-
tinin bu cür qəddarlıqla lağa qoyulmasından əzab çəkir.
Bütün epizod bir dəqiqədən artıq sürmürdü. Amma bu
bircə dəqiqədə Culiya göz yaşlarının və sifətindən oxu-
nan əzabın köməyiylə qadın həyatının bütün məşəq-
qətlərini göstərə bilmişdi. Bununla da Evisin kitabı
biryolluq bağlandı.
Maykl:– Mən axmaq da hələ onunla müqavilə imza-
lamaq istəyirdim, – dedi.
– Niyə də imzalamayasan...
– Bir halda ki, sənin onu görən gözün yoxdu, dün-
yasında razı olmaram. Ay səni, şeytan qız! Belə də qan-
sızlıq olar?! Doğrudanmı, elə fikirləşirsən, Evisin mənim
gözümdə nəsə bir qiyməti var? Sənə artıq çoxdan məlum
olmalıdır ki, mənim üçün dünyada səndən başqa qadın
yoxdu.
Mayklın təsəvvürüncə, Culiya Evislə bu amansız
zarafatı onun o qızla kifayət qədər yaxın münasibət-
lərinin acığına eləmişdi. Əlbəttə, bir tərəfdən Evisə
yazığı gəlsə də, – o qızın naxışı heç gətirmədi – o biri
tərəfdən özüylə öyünməyə bilmirdi.
Culiya onun fikrindən keçənləri sözbəsöz oxuyub
ürəyində Mayklın təsəvvüründəki bu yanlışlığa gülüb
təbəssümlə:
– Ay səni, qoca eşşək, – dedi. – Axı mən neyləyim
ki, sən hələ də bütün Londonun ən gözəl kişisisən.
– Bəsdi, yetər. Görək müəllif nə deyəcək? O gicbəsər
kim bilir, özü haqqında nə fikirdədir. Sənin bu gün
oynadığın o yazanın bir cümləsinə də uyğun gəlmir.
– Bu işi mənə etibar elə! Özüm hər şeyi qaydasına
qoyacam.
Lap astadan taqqıltı səsi gəldi və müəllif həzrətləri
şəxsən özü qapıda peyda oldu. Culiya hay-küylə onun
üstünə cumub boynunu qucaqladı və hər iki yanağından
öpdü.
285