Page 286 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 286
yam Somerset Moem
– Razı qaldınızmı?
O, kifayət qədər soyuq tərzdə:
– Oxşayır ki, pyes uğurlu alındı, – dedi. Culiya əlini
onun çiyninə qoyub diqqətlə sifətinə baxdı.
– Əzizim, bu pyes bir ildən sonra da səhnədən
düşməyəcək, – dedi.
– Amma siz çox zalım, çox zalım adamsız!
– Mən?
– Az qala mənim çıxışımı pozacaqdız. İkinci aktdakı
həmin yerə gələndə qəflətən sizin nəyi nəzərdə tutdu-
ğunuzu anladım. Az qala özümü itirəcəkdim. Siz axı bu
səhnənin mahiyyətini bilirdiz. Axı müəllif sizsiniz, bizsə
bu səhnəni elə məşq edirdik ki, guya burda üzdə olan-
dan savayı, heç nə yoxdu. Niyə axı siz buna imkan
verirdiz. Biz sadəcə, aktyoruq, siz bizim özümüzdən
gözləməli deyilsiz. Bizdən sizin yazdıqlarınızı bütün
dərinliyinə və incəliyinə qədər duymağı gözləməli deyil-
siz. Pyesdəki ən yaxşı mizansəhnəni mən az qala
korlayacaqdım. Belə bir şeyi sizdən başqa heç kim yaza
bilməzdi. Sizin pyes möhtəşəmdi, həmin səhnədən isə,
sadəcə, istedad yox, dahilik yağır.
Müəllif qızardı. Culiya heyranlıqla ona baxırdı.
Müəllif özünü xoşbəxt, qürurlu və bir qədər tutulmuş
kimi hiss eləyirdi.
(“Bir gündən sonra bu quşbeyin özünü inandıracaq
ki, o, bu səhnəni, doğrudan da, belə fikirləşib”.)
Mayklın çöhrəsi bərq vururdu.
– Gedək mənimlə adama bir badə sodalı viski içək.
Şübhə eləmirəm ki, bütün bu həyəcanlardan sonra sizə
toxtamaq lazımdı.
Onlar otaqdan çıxanda Tom içəri keçdi. Onun sifəti
ehtirasdan alışıb-yanırdı.
286