Page 282 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 282
yam Somerset Moem

lu başlanğıcı demək idi. Hər aktın sonu gurultulu
alqışlarla müşayiət olunurdu. Tamaşa bitəndən sonra
səhnəyə ondan artıq çağırış oldu. Son ikisinə Culiya tək
çıxdı və hətta o da bu hərarətin qabağında donub qal-
mışdı. Həyəcandan titrəyən səsiylə o, bu təntənəli tədbir
üçün qabaqcadan hazırlanan bir neçə söz dedi. Sonra
bütün truppa səhnəyə çıxdı və orkestr milli himni səs-
ləndirdi. Culiya həyəcanlı, xoşbəxt və razı halda odasına
qayıtdı. Hələ bu vaxtacan öz əzəmətinə belə əmin
olmamışdı. İndiyəcən rolunu belə parlaq, yaradıcı və
rəngarəng üslubda ifa eləməmişdi. Pyes uzun monoloq-
la yekunlaşırdı. Culiya fahişə qiyafəsində ərə getməyin
ucbatından düşdüyü tüfeylilər mühitini damğalayaraq,
əxlaqsızlıqda, dəyərsizlikdə, heçlikdə günahlandırır.
Monoloq mətndə düz iki səhifəni tuturdu. Publikanın
diqqətini bu qədər uzun vaxtda özünə cəmləyə bilən
ikinci aktrisa bütün İngiltərədə çətin tapılardı. Özünün
incə ritm duyumu, gözəl səsi, rəngarəng çalarları,
hisslərini ustalıqla özünə tabe eləməsi hesabına və
əlbəttə ki, parlaq aktyorluq texnikasıyla Culiya möcüzə
yaratdı. O, öz monoloqunu bütün pyesin effektiv,
cəzbedici, az qala gözlə görünən hissəsinə, kulminasi-
yasına çevirə bildi. Ən kəskin süjetli situasiyalar belə
həyəcanlı, ən gözlənilməz sonluqlar belə heyrətamiz de-
yildi. Bütün aktyorlar gözəl oynayırdılar, təkcə Evis
Kraytondan başqa.

Culiya şən ovqatda öz odasına gedə-gedə dilinin
altında nəsə zümzümə eləyirdi.

Maykl, demək olar ki, düz onun ardınca içəri keçdi.
Culiyanı qucaqlayıb öpdü:

– Bəli, bu əsl qələbədi, – dedi. – İlahi, sən necə oyna-
yırdın!

– Əzizim, sən özün də çox yaxşıydın.
Maykl cavabında həmişə olduğu kimi öz şəxsi
imkanlarına tənqidi münasibətlə:

282
   277   278   279   280   281   282   283   284   285   286   287