Page 278 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 278
yam Somerset Moem
gəlməzdi ki, onların arasında nəsə olub. Onda utan-
caqlıq hissindən əsər-əlamət belə yox idi.
– Yaxşı. Amma mənim cəmi bir dəqiqəm var.
– Okey.
Onun mənzilinə döndülər, Culiya qabağa düşüb
dar pilləkənlə yuxarı qalxdı.
– Sən qonaq otağına keç, mən suyu isidim.
Culiya otağa keçib oturdu. Yan-yörəyə baxdı. Bu
dörd divarın arasında onun həyat faciəsi oynanılmışdı.
Burada heç nə dəyişməmişdi. Culiyanın fotosu köhnə
yerindəydi, amma sobanın üstündəki rəfdə bir yenisi –
Evis Kraytonun iri şəkli də peyda olmuşdu. Üstündə
yazı da var idi: “Toma Evisdən”. Bütün bunların hamı-
sını görmək üçün Culiyaya bir ani nəzər kifayət etdi. Bu
otaq ona nə vaxtsa lap çoxdan içində rol oynadığı deko-
rasiya kimi göründü. Bura tanış yer idi, vəssalam, onun
üçün əlavə heç bir məna kəsb eləmirdi. İçini gəmirən
məhəbbət, zorla boğduğu qısqanclıq, məğlubiyyət acısı...
Bütün bunlar saysız-hesabsız keçmiş rolları kimi ona elə
də real görünmürdü. Culiya öz biganəliyindən həzz
alırdı. Tom əlində onun hədiyyə etdiyi süfrəylə içəri
keçib, çay servizini – o da onun hədiyyəsi idi – səliqəylə
düzdü. Tomun belə həvəslə onun bütün bu hədiyyə-
lərindən istifadə etməsi səbəbini özü də bilmədən
Culiyada gülüş doğururdu. Tom çay gətirdi və divanda
yanaşı oturub içdilər. Tom elə hey öz mövqeyinin nə
qədər yaxşılaşdığından danışırdı. Həmişəki kimi bor-
cunu danmayaraq, etiraf etdi ki, şirkətdə böyük paya ora
yeni müştərilər cəlb etdiyinə görə sahib olub, bunun
üçün isə o yalnız ona, Culiyaya minnətdardı. Məzuniy-
yətini necə keçirəcəyindən danışdı. Culiyaya aydın oldu
ki, bir vaxtlar ona nə dözülməz əzablar çəkdirdiyi To-
mun, hətta təsəvvürünə belə gələ bilməz. Bu da ona
gülməli göründü.
– Eşitdiyimə görə bu gün səni möhtəşəm uğur
gözləyir.
278