Page 280 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 280
yam Somerset Moem

– Mənim bu gün premyeram olduğu, deyəsən, sə-
nin tamam yadından çıxıb?

– Bizim xeyli vaxtımız var.
Tom onu özünə çəkib təzədən nəvazişlə öpdü.
Culiya hələ də ona təbəssümlə baxırdı. Və qəflətən qəti
qərar qəbul etdi.
– Yaxşı.
Onlar qalxıb yataq otağına keçdilər. Culiya şlya-
pasını başından alıb donunu çıxardı. Tom əvvəlki kimi
onu qucaqladı. O, onun yumulu gözlərini və Culiyanın
qürur mənbəyi olan balaca döşlərini öpürdü. Culiya
bədənini onun ixtiyarına verdi – qoy nə istəyir eləsin –
amma ruhu bu sövdələşmədə iştirak etmədi. O, öpüş-
lərin cavabını verirdi, amma bir dost kimi verirdi. Və
Culiya qəflətən hiss elədi ki, bu işin içində bu axşam
səhnədə görəcəyi iş haqqında düşünür. Sanki bir
bədəndə iki qadın var idi: biri öz məşuqunun ağuşunda
olan məşuqə, o biri artıq qulağına səhnədə peyda olma-
sıyla gurultulu alqış sədaları gələn və təsəvvürünün
baxışları nəhəng yarıqaranlıq zala dikilən aktrisa. Sonra
Culiyanın başı Tomun qolunun üstündəydi və onlar
yanaşı uzanmışdılar. Amma Culiya Tomdan o qədər
uzaqdaydı ki, o uzandıqca uzanan sükutu pozanda, az
qala səksənəcəkdi.
– Sən daha məni heç sevmirsən, hə?
Culiya onu yüngülcə özünə çəkdi.
– Əlbəttə, sevirəm, əzizim. Səndən canımı da
əsirgəmərəm.
– Amma sən bu gün yaman qəribəsən.
Culiya hiss elədi ki, o, dilxordu. Yazıq uşaq! Culiya
onu incitmək istəmirdi. Doğrudan da, o, çox ürəyə-
yatımlıdır.
– Qarşıda məni premyera gözləyəndə özümü
tanımıram. Sən fikir vermə.
Tomun mövcudluğunun ona isti-soyuqluğunun
olmadığına qəti əminliyindən sonra Culiyanın istər-

280
   275   276   277   278   279   280   281   282   283   284   285