Page 288 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 288
yam Somerset Moem

– Elə eləyin ki, çox da gecikməyəsiz, – dedi. – Çox
gözəl bir gecə olacaq.

– İmkan eləyən kimi gələcəm.
Nəhayət, Culiya sonuncu adamdan da yaxasını qur-
tarıb soyundu və qrimini silməyə başladı. Maykl xalat-
da içəri keçdi.
– Qulaq as, Culiya, sən Dollinin gecəsinə mənsiz
getməli olacaqsan. Mənim üçün çətin olar. Hələ qəzet-
çilərlə də görüşməliyəm. Onlar üçün ay üyüdüb tökə-
cəm ha.
– Oldu.
– Məni gözləyirlər. Səhər görüşərik.
Maykl çıxdı və otaqda Culiyadan savayı, bir də Evi
qaldı. Culiyanın qəbula geyinmək istədiyi don stulun
başındaydı. Culiya üzünə təmizləyici krem sürtdü.
– Evi, sabah tezdən mister Fennel mənə zəng elə-
yəcək. Lütfən, ona deyərsən ki, evdə deyiləm.
Evi güzgüdə Culiyanın baxışlarını tutdu.
– Əgər o, başqa gün bir də zəng eləsə necə?
– Zavallı quzuciyəzin xətrinə dəymək mənim üçün
çox ağırdı, amma mənə elə gəlir, yaxın günlərdə vaxt
ayıra bilməyəcəm.
Evi bərkdən burnunu çəkib şəhadət barmağıyla
suyunu sildi. Ah, bu iyrənc vərdiş! Sonra qupquru səslə:
– Aydındı, – dedi,
– Mən həmişə deyirəm ki, sən heç də göründüyü
qədər səfeh deyilsən?
– Bu don burada nə gəzir?
– Bu? Özünüz dediz ki, onu qəbula geyinəcəksiz.
– Rədd elə. Mən mister Qosselinsiz qəbula gedə bil-
mərəm.
– Nə vaxtdan, xeyir ola?

288
   283   284   285   286   287   288   289   290   291   292   293