Page 301 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 301
Seçilmiş əsərləri

Missis Kalver. Konstansa görə.
Marta. Barbara, nə yaxşı ki gəldin... Conla Mari-
Luiza arasındakı romandan xəbərin varmı?
Barbara. Birbaşa suala birbaşa cavab verməkdən
zəhləm gedir.
Marta. Bunu bizdən başqa, yəqin ki, hamı bilir. Bu
məsələdən çoxdan agahsan? Deyirlər, onlar açıq-aşkar
görüşürlər. Heç cür ağlıma sığışdıra bilmirəm, niyə axı
biz bunu elə indi bilmişik?
Missis Kalver (İstehzayla). Bu faktı insan xislətinin
müsbət tərəfinə yazmaq lazımdır. Nəzərə alaq ki, bizim
bu qədər doğma dost və rəfiqələrimizin içindən yalnız
biri bu gün bu maraqlı xəbəri bizimlə bölüşdü.
Barbara. Ola bilsin, sizin doğma rəfiqəniz özü də elə
bu məsələdən bu səhər agah olub.
Marta. İlk əvvəl inanmaq istəmədim.
Missis Kalver.Yalnız ilk əvvəl, ilk əvvəl, əzizim.
Sonra heyrətamiz dərəcədə tez bir zamanda etiraf elədin
ki, dəlil lazım olandan da artıqdı.
Marta. Təbii ki, mən ikiylə ikinin cavabını bilirəm.
Sarsıntı keçən kimi hər şey mənə aydın oldu. Yalnız bir
şeyə məəttəl qaldım ki, niyə axı əvvəlcədən duyuq düş-
məmişəm.
Barbara. Missis Kalver, çoxmu dilxor oldunuz?
Missis Kalver. Qəti. Çox ismətli anam bütün kişilə-
rin təbiətən pozğun olduğunu lap uşaqlıqdan mənə təl-
qin eləyib. Onların elədiklərinə mən nadir hallarda
təəccüblənirəm və heç vaxt dilxor olmuram.
Marta. Anam məni dəli eləyəcək. Özünü elə aparır
ki, elə bil heç nə olmayıb.
Missis Kalver. Konstansla Con düz on beş ildi evli-
dir. Con çox yaxşı insandı. Əlbəttə, hərdən onun başqa
qadınların ərlərindən sədaqətli olub-olmaması haqda
özümə sual verirdim, amma bu məsələnin ümumilikdə
mənə aidiyyəti olmadığından tez fikrimi başqa səmtə
yönəldirdim.

301
   296   297   298   299   300   301   302   303   304   305   306