Page 306 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 306
yam Somerset Moem
həqiqəti əks etdirir. Bəli, biz qadınlar böyük jestlər elə-
məyi xoşlayırıq, amma özümüzü, gerçəyi unutmamaq
şərtiylə.
Barbara. Missis Kalver, sizə elə gəlmirmi ki, həd-
dən ziyadə xudbinsiz?
Missis Kalver. Mənə elə gəlmir. Başa düşə bilmi-
rəm, niyə axı biz qadınlar, heç olmasa, təklənəndə hər-
dən-hərdən həqiqəti deməyək? Bilirsiz, həmişə yalan
demək insanı bezdirir, hərdən adam ürəyini boşaltmaq
istəyir.
Marta (Sözləri əzib-büzərək). Amma hiylə işlətmək
mənim ağlıma da gəlmir. Əslində, mən, qətiyyən, gö-
ründüyüm kimi deyiləm.
Missis Kalver. Mən demədim ki, sən riyakarlıq nü-
mayiş elətdirirsən, əzizim. Amma mənə həmişə elə gəlib
ki, sən axmaqsan. Sən atana çəkmisən. Ağıl deyilən şey
bizim ailədə mənimlə Konstansın payına düşüb.
(Otuz altı yaşlı gözəl qadın Konstans qonaq otağına daxil
olur. O, küçədən gəlib, şlyapa hələ də başındadı.)
Barbara (Sevincək). Konstans!
Konstans. Məni gəlib evdə görmədiyinizə görə üzr
istəyirəm. Yaxşı ki, çıxıb getməmisiz. Anacan, necəsən.
(Sırayla hamısını öpür.)
Marta. Konstans, haradaydın?
Konstans. Mari-Luizayla mağazaları gəzirdik. O,
indi yuxarı qalxır.
Barbara (İkrah hissiylə). Deməli, buradadı?
Konstans. Hə. Telefonla danışır.
Marta (İstehzayla). Sənin Mari-Luizasız bir günün də
olmasın.
Konstans. Onunla olmaq mənə xoşdu. O, məni da-
rıxmağa qoymur.
Marta. Lança da birlikdə getmişdiniz?
Konstans. Yox, onu lança öz kavaleri dəvət eləmiş-
di.
306