Page 311 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 311
Seçilmiş əsərləri
Marta. Onun dizinə nə olub?
Konstans. Burxulur.
Marta. Sonra?
Konstans. Sonra da ayağı burxulur.
Marta. Sən qəbul otağına gələn qadınları Cona qıs-
qanmırsan?
Konstans. Əgər qadın əndazəni aşsa, orada onun
həmişə köməyə çağıra biləcəyi tibb bacısı var.
Marta (Şən əhvalda). Tibb bacısı indi də var?
Konstans. Bir də nədənsə, mənə elə gəlir ki, antisep-
tiklərin iyisindən burun tutulan o qəbul otağında mə-
həbbətlə məşğul olmaq ancaq əynində biədəb alt paltarı
olan qadınların ürəyindən keçə bilər. Mən özümü qıs-
qanmağa məcbur eləyə bilmərəm.
Barbara. Mari-Luiza bu günlərdə mənə iki köynək
verdi ki, özüm üçün onlara oxşarını tikim.
Konstans. Biri irland krujevasından tünd-qırmızı
qırçınlı deyildi? Mən də onun ölçüsünü götürmüşəm.
Barbara. Mari-Luiza, doğrudan da, çox yaraşıqlıdır.
Konstans. Mari-Luiza gözəllər gözəlidir. Onunla
Con bir-birlərini çoxdan tanıyırlar. Təbii ki, o, Conun da
xoşuna gəlir, amma deyir, başı boşdu.
Marta. Kişilər heç də həmişə düşündüyünü demir.
Konstans. Bu, bizim xeyrimizədi, yoxsa onların əsl
hisslərindən xəbər tuta bilməzdik.
Marta. Sənə elə gəlmirmi ki, Conun arvadından giz-
li saxladığı şeylər var?
Konstans. Əlbəttə, mənim buna şübhəm yoxdu.
Amma yaxşı arvad həmişə özünü elə aparır ki, guya əri-
nin ondan gizləmək istədiyi o xırda sirlərdən yerli-dibli
xəbəri yoxdu. Bu, ailə etiketinin əsas qaydalarındandı.
Marta. Yaddan çıxarma ki, kişilərin xəmiri ta qə-
dimdən yalanla yoğrulub.
Konstans. Canım-ciyərim, sən lap qarımış qız kimi
danışırsan. Məgər özü könüllü aldanmaq istəməyən qa-
311