Page 312 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 312
yam Somerset Moem
dını aldatmaq olar? Yoxsa sən, həqiqətən də, kişiləri sirli
məxluq hesab eləyirsən? Onlar uşaq kimi şeydilər. Con
özünün bu qırx yaşında ondörd yaşlı Elendən qəti böyük
deyil.
Barbara. Qızınız necədi, Konstans?
Konstans. Əladı. Oxumağa yolladığımız xüsusi
məktəbi çox bəyənir. Hə, kişilərdə qaldıq. Onlar ömür-
lərinin axırınacan balaca oğlan kimi qalırlar. Əlbəttə,
bəzən söz eşitmirlər. Onda gərək incikliyini üzə vurasan.
Onlar hər boş şeyə elə əhəmiyyət verirlər ki... Adam lap
kövrəlir. Özü də onlar elə aciz məxluqdular. Sən nə
vaxtsa xəstə kişinin qulluğunda dayanmısan? Adamın
ürəyi qan ağlayır. Heç fərq eləməz, sanki atın, yaxud itin
qulluğunda dayanmısan. Zavallı məxluqlar, əgər yağış
yağsa, qaçıb ağacın altında dayanmaq qəti ağıllarına gəl-
məyəcək. Onlar çox əziz, mərhəmətli, səfeh, canüzən,
xudbin məxluqlardı. Elə sadəlövh, açıqürəklidirlər ki,
onları sevməmək, sadəcə, mümkün deyil. Biclik və ağıl
deyilən şeydən onlarda əsər-əlamət belə yoxdu. Onları
ciddi qəbul eləmək axmaqlıqdı. Ana, sən müdrik qadın-
san. Nə fikirləşirsən?
Missis Kalver. Elə bilirəm, sən öz ərini sevmirsən.
Konstans. Boş sözdü.
(Con daxil olur.)
Con. Marta, Mari-Luiza səni gözləyir. Onun dizini
sarıdım.
Konstans. Ümid eləyirəm ki, sarığı bərk sıxmamı-
san.
Marta (Konstansa). Görüşənədək, əzizim. Ana, sən
bizimlə gəlirsənmi?
Missis Kalver. Yox, hələ buradayam.
Marta. Barbara, görüşənədək.
(Marta və Con çıxır.)
Barbara. Konstans, əzizim, sənə bir təklifim var. Bi-
lirsən ki, mənim biznesim gün-gündən böyüyür, daha
312