Page 310 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 310
yam Somerset Moem
məyin kifayətdir. Bunun yalan olduğunu heç kim sübut
eləyə bilməz.
Konstans. Əzizim, öz məsum başını şübhələrlə
doldurma. Con məni heç vaxt aldatmaz. (Cona) Elə de-
yilmi, əzizim?
Con. Əzizim, səni aldatmaq üçün mən gərək
əvvəlcədən bir xeyli dəridən-qabıqdan çıxam.
Konstans (Yüngül təbəssümlə). Bəzən mənə elə gəlir ki,
sən doğru danışırsan.
Mari-Luiza. Səninlə Con kimi bir-birini aşiq ər-
arvad görmək necə də xoşdu. Siz artıq on beş ildir ki,
evlisiz, eləmi?
Con. Bəli. Heç də pis deyil.
Mari Luiza. Di mən qaçdım. Artıq çoxdan evdə ol-
malıydım. Sağ ol, əzizim. Sağ ol, missis Kalver.
Konstans. Sağ ol, əzizim. Çox gözəl gün keçirdik.
Mari-Luiza (Əlini Cona uzadaraq). Sağ ol.
Con. Mən səninlə düşürəm.
Marta. Mən də çıxıram, Mari-Luiza. Sənə yoldaşlıq
eləyərəm.
Mari-Luiza (Elə bil nəyisə yadına salaraq). Con, əgər
sənə çətin olmazsa, dizimə baxa bilərdinmi? Bir-iki gün-
dü, nəsə ağrıyır.
Con. Əlbəttə, çətin olmaz. Mənim qəbul otağıma
gedək. Bu diz qapağı elə şeydir ki, gərək gözünü üstün-
dən çəkməyəsən.
Marta (İnadla). Mən səni gözləyirəm. Müayinə uzun
çəkməz, eləmi? Biz taksi tutarıq.
Mari-Luiza. Mən maşınlayam.
Marta. Nə yaxşı! Mənə də maşında yer eləyərsən-
mi?
Mari-Luiza. Məmnuniyyətlə.
(Con Mari-Luiza üçün qapını açır. Əvvəlcə o, ardınca
Con çıxır. Konstans, sanki nə baş verdiyini çox gözəl anlaya-
raq soyuq nəzərlərlə bu səhnəni izləyir).
310