Page 314 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 314
yam Somerset Moem

məxluqlardı. Sərbəstlik yaxşı şeydi. Öz-özünü dolandıra
bilən qadın gələcəyə daha inamla baxır.

Konstans. Çox sağ ol. Amma hələ ki Conla xoşbəxt
həyat sürürük və mən tələsik hərəkətlərimlə onun əsəb-
lərinə toxunmaqda bir məna görmürəm.

Barbara. Əlbəttə, tələsməyə ehtiyac yoxdu. Gələcə-
yin adama nə gətirəcəyini heç kim bilmir. Amma istə-
yirəm, biləsən ki, sən ürəyin istəyən vaxt yanıma gələ
bilərsən. Bilirəm ki, sənin kimisini tapa bilməyəcəm.
Həmin işə sahib çıxmağın üçün bir sözün kifayətdir.

Konstans. Sən çox lütfkarsan, Barbara. Bu çox gözəl
təklifdi, mən də sənə çox minnətdaram. Amma incimə,
ümidvaram ki, bu təklifdən istifadə eləmək heç vaxt
mənə lazım olmayacaq.

Barbara. Nə olar, əzizim, görüşənədək.
Konstans. Görüşənədək, əzizim.
(Onlar öpüşürlər və Barbara gedir. Konstans zəngi ba-
sır.)
Missis Kalver. Sən xoşbəxtsənmi, əzizim?
Konstans. Əlbəttə. Məgər mənə baxanda görün-
mür?
Missis Kalver. Etiraf eləməliyəm ki, görünür. Sənə
baxanda həm də onu görürəm ki, nə bir qayğın, nə də
bir problemin var.
Konstans. Səhv eləyirsən. Mənim aşpazım işdən
çıxmaq üçün ərizə yazıb, onun meringləri1 dadına görə
şəhərdə adla deyilirdi.
Missis Kalver. Con mənim xoşuma gəlir.
Konstans. Mənim də. O, kişinin yaxşı ərə çevrilməsi
üçün lazım olan bütün keyfiyyətlərə malikdi: yumşaq
xarakter, yumor hissi, ekstravaqantlığa qarşı tam laqeyd-
lik.
Missis Kalver. Əzizim, bunları əsas keyfiyyət say-
maqda sən necə də haqlısan.

1 mering – pendirli, kremli şirniyyat

314
   309   310   311   312   313   314   315   316   317   318   319