Page 315 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 315
Seçilmiş əsərləri

Konstans. Kişini yaxşı ərə çevirən ehkamlar yox,
xırdalıqlardı.

Missis Kalver. Əlbəttə, həyatda güzəştə də getməli
olursan. Başqa cür, sadəcə, mümkün deyil. İnsandan
həddən artığını tələb eləmək düzgün deyil. Xoşbəxtliyi
hərə bir cür dərk eləyir. Əgər özünü xoşbəxt görmək
istəyirsənsə, yaxınlarının da xoşbəxtliyini nəzərə alma-
lısan. Əgər bu, sənin adamlığın xaricindədirsə, onda öz
bədbəxtliyindən gileylənməyə haqqın yoxdu. Ən əsası
isə gərək ayıqlığını itirib şöhrətpərəstliyin fitvasına
getməyəsən.

Konstans. Ancaq, anacan, biz bir-birimizi necə də
yaxşı anlayırıq.

Missis Kalver. İndi hamı ağıllı olub. Gözlə görü-
nəndən savayı, hər şeyi görürlər. Mən də bu nəticəyə
gəlmişəm ki, orijinal və məzəli qarı adını qazanmaq
üçün onlara görünəni göstərməyim kifayətdir.

Konstans. Anacan, məni onların siyahısına yazma.
Missis Kalver (Məhəbbətlə). Elə düşünmək istəmi-
rəm ki, sən bədbəxtliyi hiss eləsən də axmaq qürurunun
ucbatından mənim səni ovundurmağıma və məsləhət-
lərimi diqqətinə çatdırmağıma icazə verməyəsən.
Konstans (Səmimiyyətlə). İcazə verərəm, anacan.
Missis Kalver. Bu günlərdə başıma qəribə bir ha-
disə gəlib. Bir tanış qadın yanıma gəlib şikayət elədi ki,
əri ona qəti fikir vermir. Soruşdum ki, niyə anasına yox,
mənə şikayət eləyir. Cavab verdi ki, anası lap əvvəldən
onun həmin adama ərə getməsinə qarşı olub, odur ki,
indi öz dərdi azmış kimi, üstəlik, o arvad doğma anasına
qulaq asmadığını da başına qaxınc eləyəcək.
Konstans. Anacan, deyə bilmərəm ki, Con mənə fi-
kir vermir.
Missis Kalver. Təbii ki, mən o qadınla danışdım.
Amma etiraf eləyim ki, onun dərdinə şərik olmaq istə-
mədim.

315
   310   311   312   313   314   315   316   317   318   319   320