Page 317 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 317
Seçilmiş əsərləri

Bentli. Madam, zəngi basmışdınız?
Konstans. Hə. Mən mister Bernard Kersalı gözlə-
yirəm. Başqaları üçün evdə yoxam.
Bentli. Oldu, madam.
Konstans. Mister Middlton evdədir?
Bentli. Bəli, madam. O, öz qəbul otağındadı.
Konstans. Çox yaxşı.
(Bentli gedir.)
Missis Kalver. Sən nəzakətlə mənə getmək vaxtı-
mın çatdığını işarə eləyirsən?
Konstans. Əksinə, anacan. Mən israrla qalmağını
xahiş eləyirəm.
Missis Kalver. O sirli centlmen kimdi?
Konstans. Anacan, Bernarddı da.
Missis Kalver. Bu ad mənə heç nə demir. Ümidva-
ram ki, o, müqəddəs Bernard deyil. Eləmi, əzizim?
Konstans. Sən ki hələ yaddaşından şikayətlən-
mirsən. Bernard Kersalı xatırlamalısan axı. Yadındamı,
mənə evlənmək təklifi eləmişdi?
Missis Kalver. Mənim gözəl qızım, sənə evlənmək
təklif eləyən bütün o cavanları yadda saxlamaq mənim
yaddaşımın imkanı daxilində deyil.
Konstans. Amma axı o, mənim razılığımı daha is-
rarla tələb eləyirdi.
Missis Kalver. Niyə?
Konstans. Görünür, rədd cavabı verdiyimə görə.
Başqa səbəb tapa bilmirəm.
Missis Kalver. O, məndə heç bir təsir oyatmadı, hə?
Konstans. Deyə bilmərəm ki, buna cəhd eləyirdi.
Missis Kalver. Görünüşü necəydi?
Konstans. Belə, hündür bir oğlan.
Missis Kalver. Onlar hamısı hündür idi.
Konstans. Şabalıdı saçlı, qonurgözlü.
Missis Kalver. Onlar hamısı şabalıdı saçlı, qonur-
gözlüydü.

317
   312   313   314   315   316   317   318   319   320   321   322