Page 322 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 322
yam Somerset Moem

(Missis Kalver pianonun üstündəki iki dəsmalı qəti
görmək istəmir. Və Konstans ümidsiz halda çantadan üçüncü
burun dəsmalını çıxarıb o birilərin yanına qoyur.)

Missis Kalver. Mister Kersal Şərqi bəyənirsizmi?
Bernard. Bilirsiniz, orada həyat heç də pis deyil.
(Elə bu an missis Kalver üç burun dəsmalını görüb dik-
sinir.)
Missis Kalver. Deməzsiniz, saat neçədi?
Konstans. Artıq gecdi, ana. Sən bu gün evdə nahar
eləməyəcəksən, eləmi? Elə bilirəm, naharacan bir az
uzanıb dincəlsən yaxşıdı.
Missis Kalver. Ümidvaram ki, sizinlə yenə görü-
şəcəyik, Mister Kersal.
Bernard. Yenidən görüşməyimizə şad olaram.
(Konstans anasını qapıya ötürür.)
Missis Kalver. Görüşənədək, əzizim. (Pıçıltıyla)
Dəsmalları gördükcə getməli, yoxsa qalmalı olduğumu
heç cür xatırlaya bilmirdim.
Konstans. Bunun üçün gözlərini təyinatı üzrə
işlətməyin kifayət idi. Belə bir kişiylə onbeşillik ayrı-
lıqdan sonra təklikdə qalıb dərdləşməyin lazım olub-
olmadığını bilmək üçün bir baxış kifayət idi.
Missis Kalver. Sən pianonun üstünə elə bir ucdan
dəsmalları düzdükcə məni əməlli-başlı çaşdırdın.
Konstans. Tanrı xətrinə, get, ay ana. (Ucadan). Görü-
şənədək, mənim şirin anam. Heyif ki, tələsirsən.
Missis Kalver. Görüşənədək.
(Missis Kalver gedir və Konstans qonaq otağına qayıdır)
Konstans. Pıçıldaşmağımıza görə bizi bağışla.
Anam gizli danışıqlar xəstəsidi.
Bernard. Boş şeydi.
Konstans. İndi gəl rahat oturaq. Qoy bir sənə ba-
xım. Sən heç dəyişməmisən. Təkcə bir azca arıqlamısan,
bir də ola bilsin, qırışların artıb. Kişilər xoşbəxt məxluq-
lardı, onlar yaşlaşdıqca daha maraqlı olurlar. Xəbərin
varmı ki, mənim artıq otuz altı yaşım var.

322
   317   318   319   320   321   322   323   324   325   326   327