Page 324 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 324
yam Somerset Moem

Bernard. Ürəyim səndən başqa heç kimi istəmədi.
Konstans. Boşla görək. Demək istəyirsən ki, sən
məndən sonra heç kimə vurulub eləməmisən?
Bernard. Mən bu vaxt ərzində bir topa qıza vurul-
muşam, amma qərar qəbul eləmək məqamı gələndə başa
düşmüşəm ki, səni hamıdan çox sevirəm.
Konstans. Təşəkkür eləyirəm. Əgər məndən sonra
heç kimə vurulmadığını desəydin, onsuz da, sənə inan-
mayacaqdım, özü də inciyəcəkdim ki, məni axmaq
yerinə qoymusan.
Bernard. Görürsənmi, başqalarına da sənə olan sev-
gimin gözüylə baxmışam. Birinin saçları sənin saçlarını,
o birinin təbəssümü sənin təbəssümünü xatırlatdığına
görə...
Konstans. Özümü səni həyatın sevincindən
məhrum etdiyimə inandırmaq istəməzdim.
Bernard. Günah səndə deyil. Mənim şikayətlən-
məyə haqqım yoxdu. İşimdən ləzzət alıram, yaxşı pullar
qazanıram. Bu iş mənim istirahətimə qəti mane olmayıb.
Dünyanı görməyə mənə imkan yaradıb. Mənə yox, Cona
ərə getdiyinə görə səni qəti günahlandırmıram.
Konstans. Conu xatırlayırsan?
Bernard. Əlbəttə, xatırlayıram. Çox maraqlı kişiydi.
Cürət eləyib deməliyəm ki, mən heç vaxt sənə onun kimi
yaxşı ər ola bilməzdim. Mənim müsbət cəhətlərimlə
yanaşı, mənfi cəhətlərim də çoxdu. Bəzən çox əsəbi olu-
ram. Amma Con, yəqin ki, sənə istədiyin hər şeyi verə
bilib. Onun arxasında özünü, yəqin, lap lay divarın arxa-
sındakı kimi hiss eləyirsən. Yeri gəlmişkən, bundan son-
ra da səni Konstans çağıra bilərəmmi?
Konstans. Əlbəttə. Niyə də yox? Bilirsən, Bernard,
sənin gözəl xasiyyətli insan olduğuna məndə günü-
gündən daha çox əminlik yaranır.
Bernard. Sən Conla xoşbəxtsən?
Konstans. Çox xoşbəxtəm. Amma deməzdim ki, o
heç vaxt mənim xətrimə dəyməyib. Bir dəfə belə bir hal

324
   319   320   321   322   323   324   325   326   327   328   329