Page 326 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 326
yam Somerset Moem
(Qapı açılır və Con daxil olur.)
Con. Bağışla, məşğul olduğunu bilmirdim.
Konstans. Elə deyil. İçəri keç. Bu, Bernard Kersaldı.
Con. Günaydın.
Bernard. Elə bilirəm, siz məni xatırlamazsınız.
Con. Əgər sualı belə qoyursunuzsa, etiraf edim ki,
siz haqlısınız.
Konstans. Bəsdi, Con, o, anamın yanına gəlmişdi.
Con. Biz evlənənə qədər, eləmi?
Konstans. Hə. Siz birlikdə neçə uik-enddə olmu-
sunuz.
Con. Əzizim, üstündən on beş il keçib. Sizi tanıma-
dığıma görə bağışlayın, amma yenidən görüşməyimizə,
inanın ki, çox şadam.
Konstans. O, Yaponiyadan yenicə qayıdıb.
Con. Onda ümidvaram ki, bir də görüşəcəyik. Mən
indi kluba gedirəm, əzizim, naharacan robber oynaya-
cam. (Bernarda) Niyə siz Konstansla birlikdə nahar elə-
məyəsiniz? Axşam mənim cərrahiyyə əməliyyatım var,
zavallı qız tək qalacaq.
Bernard. Siz çox alicənabsınız.
Konstans. Bu, dost yardımı olacaq. Axşama işiniz
yoxdu ki?
Bernard. Mən dosta yardım etməyə həmişə hazı-
ram.
Konstans. Bax, bu çox gözəl oldu. Doqquza on beş
dəqiqə işləmiş sizi gözləyirəm.
İkinci pərdə
Hadisə əvvəlki məkanda cərəyan edir. Yarım ay
keçib. Marta kostyumda və şlyapada əyləşib illüstra-
siyalı qəzeti vərəqləyir. Bentli daxil olur.
Bentli. Miss, mister Kersal gəlib.
Marta. Belə de! Soruş gör, yuxarı qalxa bilərmi?
326