Page 330 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 330
yam Somerset Moem

Bernard. Mari-Luiza Konstansın ən yaxın rəfiqəsidi.
Marta. Bəli.
Bernard. Əgər dediyin yalan olsa, and içirəm ki,
boynunu qıracam.
Marta. Razıyam.
Bernard. Nahaq belə kobud dedim. Bağışla.
Marta. Yaxşı görək. Dəlisov kişilər mənim xoşuma
gəlir. Elə bilirəm, Konstansa sənin kimisi lazımdı.
Bernard. Bununla nə demək istəyirsən?
Marta. Sadəcə, belə davam eləyə bilməz. Konstans
gülüş hədəfinə çevrilib. O, dəhşətli vəziyyətdədir. Hesab
eləyirdim ki, ona hər şeyi açıb demək lazımdı, amma
hamı yaxasını kənara çəkdiyi üçün özüm qabağa düş-
mək istədim. Bu yerdə anam mənimlə razılaşmadı. Bu
səbəbdən də ona vəd etməli oldum ki, Konstans mənim
dilimdən heç nə eşitməyəcək.
Bernard. Elə fikirləşirsən ki, bu haqda ona mən
deməliyəm?
Marta. Yox, sən bu rola yaramırsan. Amma gec-tez
hər şey üzə çıxacaq, qulağının dibində nələrin baş verdi-
yindən Konstans da xəbər tutacaq. Bax, elə ona görə də
istəyirəm ki, həmin vaxt sən... yaxında olasan.
Bernard. Axı Mari-Luiza ailəlidir. Bəs əri özünü
necə aparacaq?
Marta. Onun ərinin həyatda bir məqsədi var: mil-
yon qazanmaq. O, elə kişilərdəndi ki, elə bilir, əgər özü
arvadını sevirsə, arvadı da onu sevir. Mari-Luiza onu
ürəyi istəyən kimi fırladır.
Bernard. Konstans da qəti şübhələnmir, eləmi?
Marta. Bunu anlamaq üçün ona baxmaq kifayətdir.
Onun özünə arxayınlığı hərdən adamı lap havalandırır.
Bernard. Bəlkə, elə belə yaxşıdı? Konstans heç nə
bilməsə, yaxşıdı? O elə xoşbəxt, qayğısızdı ki, onun
baxışları elə inamlıdı ki.
Marta. Mən elə bilirdim, sən onu sevirsən.

330
   325   326   327   328   329   330   331   332   333   334   335