Page 335 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 335
Seçilmiş əsərləri

Konstans. (Hiss olunur ki, o, bu məhəbbət selindən
əməllicə heyrətlənib). Bu sözlər mənim çox üçün çox
dəyərlidir. Çox sağ ol.

Bernard. Daha bu barədə danışmayacağam.
Konstans (Əvvəlki soyuqluğu simasına qaytararaq).
Niyə axı sən bütün bunları məhz indi deməyi lazım
bildin?
Bernard. Nədənsə ürəyimi boşaltmaq istədim.
Konstans. Bernard, mən axı dəli deyiləm. Heyif ki,
Marta heç cür ərə gedə bilmir.
Bernard. Amma bircə onu düşünmə ki, mən Mar-
tayla evlənməyə hazırlaşıram.
Konstans. Mən elə fikirləşmirəm. Elə olsaydı, nə
dərdimiz vardı? Marta özünün o aşıb-daşan enerjisini
ərinə xərcləyərdi. Bilirsən, o çox yaxşı qızdı. Əlbəttə,
yalançıdı, amma qalan şeylər qaydasındadı.
Bernard. Belə de?
Konstans. Hə, o, yalanla yoğrulub. Hətta qadınlar
yalanı xoşlasalar da... Vaxt deyilmi? Oyunun sonuna
gedib çatmaq istəməzdim.
Bernard. Yaxşı. Maşın gözləyir.
Konstans. Şlyapamı başıma qoyum. Qulaq as,
məgər bayaqdan bizi taksi gözləyir?
Bernard. Yox, öz avtomobilimdi. Fikirləşdim ki, mə-
nim kimi bir sürücünün xidmətindən imtina etmərsən.
Konstans. Üstüaçıq, yoxsa bağlı avtomobildi?
Bernard. Açıqdı.
Konstans. Əzizim, onda mən gərək başıma başqa
şlyapa qoyum. Bu enli-ətəkli şlyapa üstüaçıq maşına
yaramır. Onda gərək hər iki əlimlə ondan yapışım.
Bernard. Üzr istəyirəm.
Konstans. Qəliz bir şey yoxdu. Bircə dəqiqəyə qa-
yıdıram. Əgər avtomobildə gediriksə, gərək özümə əziy-
yət verməyim.
(Konstans çıxır. Dərhal Bentli peyda olub Mari-Luizanı
qonaq otağına ötürür.)

335
   330   331   332   333   334   335   336   337   338   339   340