Page 340 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 340
yam Somerset Moem
Konstans. Mən anamla pilləkəndə rastlaşdım. Şlya-
pamı dəyişməyə onunla getdim. Bernard məni Reynlafa
aparır.
Con. Nə yaxşı.
Bernard. Biz gecikirik.
Konstans. Bu elə vacibdi?
Bernard. O qədər də yox.
(Bentli içində vizit kartı olan xırda məcməyini əlində tu-
taraq daxil olur. Onu Konstansa verir. Vizit kartına baxanda
Konstansın üzündə çaşqınlıq əmələ gəlir.)
Konstans. Qəribədi.
Con. Konstans, nə baş verib?
Konstans. Heç nə. (Bir neçə dəqiqə fikirləşir.) O, aşa-
ğıdadı?
Bentli. Bəli, madam.
Konstans. Başa düşə bilmirəm, niyə axı o, mənə
vizit kartını göndərib. Onu bura dəvət elə.
Bentli. Baş üstə, madam.
(Bentli çıxır.)
Con. Konstans, kimdi axı?
Konstans. Mari-Luiza, əyləş.
Mari-Luiza. Mən qaçıb getməliyəm, elə sən də.
Konstans. Hələ vaxta var. Bu şlyapa xoşuna gəlir-
mi?
Mari-Luiza. Hə, çox gözəldir.
Konstans. Con, sən burada nə eləyirsən? Məgər pa-
sientin yoxdu?
Con. İki-üç nəfər var. Mən elə aşağı düşməyə hazır-
laşırdım. Amma fikirləşdim, bir siqaret çəksəm, pis
olmaz. (Əlini cibinə aparır). Portsiqarımı harasa qoy-
muşam. Konstans, sən görməmisən ki?
Konstans. Yox, görməmişəm.
Con. Səhərdən axtarıram. Özüm də bilmirəm, hara
qoymuşam. Gərək xəstəxanaya zəng vurub öyrənəm,
bəlkə, oradadı.
340