Page 342 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 342
yam Somerset Moem

Mortimer. Konstans, sən məni axmaqmı hesab elə-
yirsən?

Konstans. Mənim əziz Mortim, əgər o portsiqar
mənim deyilsə, nədən onu özümünkü sayım?

Mortimer. Onlar birlikdə şam eləyiblər.
Konstans. Zavallı Mortim, mənim xəbərim var. Sən
Sitiyə, ya da nə bilim, harasa ziyafətə gedəndə Mari-Lui-
za zəng eləyib soruşdu ki, ona öz süfrəmizdə yer eləyə
bilərikmi?
Mortimer. Deməli o, burada şam eləyib?
Konstans. Məgər özü sənə deməyib?
Mortimer. Deyib.
Konstans. Bunu sübut eləmək çətin deyil. Əgər sən
mənə inanmırsansa, indi eşikağasını çağırarıq, özün
ondan soruşarsan... Con, zəhmət olmasa, zəngi bas.
Mortimer (Özünü itirmiş halda). Lazım deyil. Əlbəttə
ki, mən sənin sözünə inanıram.
Konstans. Sən çox nəcib insansan. Məni alçalmağa
qoymadığın üçün sənə minnətdaram. Əgər sən eşika-
ğasından mənim sözlərimin təsdiqini öyrənmək istə-
səydin, çox pis vəziyyətdə qalardım.
Mortimer. Əgər Mari-Luiza burada şam eləyibsə,
bəs onda sən onun çarpayısının üstündə nə gəzirdin?
Konstans. Conu cərrahiyyə əməliyyatı üçün təcili
xəstəxanaya çağıranda Mari-Luiza mənə Parisdən gön-
dərilən təzə libaslarını göstərmək istədi. Odur ki, sizə
dəyməli oldum. Həmin gecə çox gözəl hava var idi. Sən
də xatırlayırsan, eləmi?
Mortimer. Lənət şeytana, mənim havaya fikir ver-
məyə vaxtım nə gəzir.
Konstans. Biz əldən düşənəcən hər şeyi ölçüb-
biçdik. Sonra Mari-Luiza yerinə uzandı, mən də yanında
oturdum. Oradan-buradan söhbət elədik.
Mortimer. Əgər yorulmuşdunsa, niyə evinizə qayıt-
madın?

342
   337   338   339   340   341   342   343   344   345   346   347