Page 341 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 341
Seçilmiş əsərləri
Konstans. Ümid eləyirəm ki, sən onu itirməmisən.
Con. Yox, əlbəttə ki, yox. Yəqin, harasa qoymuşam.
(Qapı açılır və Bentli qonağın gəlişini xəbər verir.)
Bentli. Mister Mortimer Darhem.
Mari-Luiza (Dəhşət içində). O!
Konstans. (Onun qolunu sıxır). Sakit dur, axmaq.
(Mortimer Darhem daxil olur. O, qırmızısifətli və çılğın
xarakterli, qırx yaşlı cüssəli bir kişidi. Elə indi də onun bütün
vücudu əsir. Bentli çıxır.)
Konstans. Salam, Mortimer. Bu vaxtlar biz tərəflər-
də xeyir ola? Mənə vizit kartını göndərməyinin mənası
nədi?
(Mortimer qonaq otağının ortasında dayanıb ətrafa ba-
xır.)
Mari-Luiza. Mortimer, nə baş verib?
Mortimer (Qəzəbini güclə boğaraq Konstansa). Fikir-
ləşdim ki, ərinin mənim arvadımın məşuqu olmağını bil-
məyin heç də sənə maraqsız olmaz.
Mari-Luiza. Morti!
Konstans (Bir əliylə Mari-Luizanın qolunu sıxaraq çox
soyuqqanlıqla). Doğurdan? Nədən belə düşünürsən?
Mortimer (Cibindən qızıl portsiqar çıxararaq). Tanı-
yırsan? Dünən axşam arvadımın yastığının altından tap-
mışam.
Konstans. Nə yaxşı oldu. Mən də bayaqdan başımı
sındırıram ki, görən, onu hara qoymuşam. (Portsiqarı
ondan alır). Sənə həddən artıq minnətdaram.
Mortimer. (Əsəbi tərzdə). Bu, sənin portsiqarın de-
yil.
Konstans. Mənimdi. Mən Mari-Luizanın çarpayısı-
nın üstə oturmuşdum. Görünür, onu qeyri-ixtiyari yastı-
ğın altına basmışam.
Mortimer. Onun üstündə Conun adı yazılıb.
Konstans. Bilirəm. Bu portsiqarı ona bir səxavətli
pasienti bağışlamışdı, mən də qərara aldım ki, belə
hədiyyə onu xarab eləyər. Odur ki, özümə götürdüm.
341