Page 346 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 346
yam Somerset Moem
Con. Konstans, sən lap çaxmaq daşısan. Mən bunu
heç vaxt unutmaram. Heç vaxt, son nəfəsimə qədər.
İlahi, sən necə də səbir yiyəsiymişsən. Mən o dünyanı
görüb gəldim, amma sənin tükün də tərpənmirdi.
Konstans. Yeri gəlmişkən, bu da sənin portsiqarın.
Gərək bunun ucuna bir halqa keçirib saat kimi özünə
zəncirləyəsən.
Con. Yox, yox. Qoy sənin olsun. Mən belə sürprizlər
üçün daha qocayam.
Konstans. Yeri gəlmişkən, sizin evə necə keçdiyinizi
başqa görən olubmu?
Con. Yox, biz Mari-Luizanın öz açarından istifadə
eləmişdik.
Konstans. Yaxşı eləmisiniz. Əgər Mortimer qulluq-
çulardan nəsə öyrənmək istəsə, onların deməyə sözü ol-
mayacaq. Mən risqə getməyə məcbur idim.
Mari-Luiza (Xəcalət hissiylə). Ah, Konstans, indi sə-
nin mənim barəmdə nə fikirdə olduğunu yaxşı başa dü-
şürəm.
Konstans. Mənmi? Mən elə əvvəlki fikrimdə qalı-
ram. Səni çox nəcib insan kimi qəbul eləyirəm, Mari-
Luiza.
Mari-Luiza. Yox, bu ola bilməz. Mən özümü elə iy-
rənc apardım ki. Özümü ən alçaq insan kimi hiss
eləyirəm. Sən məndən qisasını ala bilərdin, amma im-
kandan istifadə eləmədin. Mən xəcalətdən yer ayrılsa,
yerə girərəm.
Konstans (Təbəssümlə). Conu toruna saldığına, yox-
sa ələ keçdiyinə görə?
Mari-Luiza. Ah, Konstans belə qəddar olma. Ürə-
yində nə söz varsa, hamısını de, söy, ağla, üstümə qışqır,
amma üzümə gülmə. Mən dəhşətli vəziyyətdəyəm.
Konstans. Sən istəyirsən ki, mən burada qısqanclıq
səhnəsi quram. Bəli, mən təəssüflənirəm. Amma məsələ
burasındadı ki, Mortimerin dediklərində mənim üçün
təzə bir şey yox idi.
346