Page 351 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 351
Seçilmiş əsərləri

Konstans. Əziz Con, nədən səni yıxıb sürümə-
liyəm?

Con. Sənə qarşı necə iyrənc hərəkət elədiyimi yaxşı
başa düşürəm. Mənim sadiq, sevimli, yalnız ərinin
qayğısına qalmaqla məşğul olan həyat yoldaşım. İdeal
ana, evdarlıqda tayı-bərabəri olmayan qadın. Məndən
on dəfə yaxşı bir insan. Bütün bunlar hamısı səndə
cəmləşib. Heç olmasa, zərrə qədər abır-həyam olsaydı,
səninlə belə rəftar eləməzdim. Bəraətim üçün sözüm
yoxdu.

Marta (Onun sözünü kəsərək). Sən bütün doğmalar,
dostlar qarşısında onu alçaltdın.

Con. Bu nə centlmenə, nə də adi bir kişiyə yaraşan
hərəkətdi.

Marta. Bu bağışlanılmaz hərəkətdi.
Con. Mən hər cəhətdən günahkaram.
Marta. Əgər ona məhəbbətin yox idisə, heç olmasa,
hörmətin olardı.
Con. Mən özümü ürəksiz və məqsədsiz bir insan
kimi apardım.
Konstans. Dediklərinizə mənim, sadəcə, heç bir əla-
vəm yoxdu.
Marta. Lazım deyil. Sən tamamilə haqlısan. Bu artıq
elə bir həddi ki, kişini yıxıb sürümək qadın ləyaqətinə
yaraşmaz. Əgər Con fikirləşirsə, Konstans bu vəziyyətdə
söyüşlə, əl-qol atmaqla özünü alçaldacaq, deməli, qadın-
ları yaxşı tanımır. (Cona). Elə bilirəm, Konstansın sər-
bəstlik qazanmasının qarşısında maneə olmamağa
kişiliyin çatar.
Missis Kalver. Ah, Konstans, ümidvaram, sən bo-
şanmaq istəmirsən?
Marta. Ana, sən necə də səhvsən. Məgər o, ona hör-
mət eləməyən bir kişiylə bir damın altında yaşaya bilər?
Bir sözünə inanmadığın və nifrət etdiyin bir kişiylə birgə
həyata həyat demək olarmı? Hələ, üstəlik, onların öv-

351
   346   347   348   349   350   351   352   353   354   355   356