Page 352 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 352
yam Somerset Moem

ladlarını düşün. Məgər Konstans bundan sonra qızının
onun yanında böyüməyinə razı olarmı?

Konstans. Con həmişə çox gözəl ata olub. Bunu
deməmək günahdı.

Missis Kalver. Əzizim, çox da qəddar olma. Yaxşı
başa düşürəm, indi ürəyin necə qan ağlayır, amma ayıq
başla fikirləş, dərdinin fitvasına getmə, sonra peşiman
olarsan.

Konstans. Mənim ürəyim qan-zad ağlamır. Əksinə,
oradan bal damır.

Missis Kalver. Əzizim, anan heç vaxt səni aldat-
maz. Mən sənin hikkəni və heyrətini aydın görürəm. Be-
lə vəziyyətdə bu, təbiidi.

Konstans. Amma mən öz ürəyimə baxanda orada
heyrətin izini də görmürəm. Məni heyrətləndirən yalnız
Conun səfehliyidi ki, onun da ucbatından hər şey üzə
çıxdı.

Con. İmkan ver, bir kəlmə də mən deyim. Mən ba-
cardığımı elədim, amma mələklər aman vermədi.

Konstans. Mələklərin siqaret çəkmək kimi pis vər-
dişi yoxdu.

Con. Amma əgər, heç olmasa, bir qullab vursay-
dılar, ömür boyu tərgidə bilməzdilər.

Missis Kalver. Konstans, əzizim, belə xudbin olma.
Bu, ürəkdən ağrını almağın ən pis yoludur. Gəl ananın
qucağına, canım mənim, qoşa ağlayaq. O dəqiqə yüngül-
ləşəcəksən.

Konstans. Ana, sənə çox minnətdaram, amma öl-
səm də, gözümdən bircə damla yaş çıxara bilmərəm.

Missis Kalver. Belə amansız olma. Əlbəttə, Con gü-
nahkardı. Mən bunu etiraf eləyirəm. O, özünü biədəb,
çox biədəb aparıb. Amma kişilər zəif məxluqdular, həya-
sız qadınlar da bundan istifadə eləyirlər. Əminəm ki, o,
sənə verdiyi bu əzaba görə peşmandı.

Marta. Konstans, məni heyrətləndirən odur ki, Co-
nun gəzdiyini biləndə sənin heç vecinə də olmadı.

352
   347   348   349   350   351   352   353   354   355   356   357