Page 357 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 357
Seçilmiş əsərləri

Marta. Mənim daha sözüm yoxdu. Bunu təsəv-
vürümə belə gətirə bilməzdim. Qadın oturub onu necə
axmaq yerinə qoyduqlarını təmkinlə müşahidə eləyir.

Konstans. Mənim zavallı Conum, sən özünü çox
səfeh apardın. Həyatda səfehlik naqislikdən pis sayılır.
Çünki naqisliyi birtəhər düzəltmək olar, amma, təəssüf
ki, səfehliyi düzəltmək mümkün deyil.

Con. Mən necə də axmaq olmuşam, Konstans.
Özüm də bunu bilirəm. Amma başına gələn başmaqçı
olar. Bu bir daha təkrarlanmayacaq.

Konstans. Demək istəyirsən ki, gələcəkdə ehtiyatını
əldən verməyəcəksən, hə?

Missis Kalver. Yox, Konstans, o demək istəyir ki, əsl
dərs aldı, gələcəkdə şikayətlənməyə sənin heç bir əsasın
olmayacaq.

Konstans. Mən həmişə elə bilmişəm, kişilər yalnız
yaşlaşanda günahlardan azad olurlar. Çünki onda özləri
də həyatda artıq yükə çevrilirlər, heç bir dəyərləri olmur.
Gördüyünüz kimi, Conun canı hələ çox suludur. Mənim
hesablamalarıma görə, sən hələ bir on beş il də özünə
korluq verən deyilsən, hə, əzizim?

Con. Qulaq as, Konstans, nəsə mən səni heç cür
başa düşə bimirəm. Bəzi sözlərin adamı lap hövsələdən
çıxarır.

Konstans. Hər halda, elə bilirəm, Mari-Luizaya bir
yox, bir neçə əvəz tapılacaq.

Con. Konstans, vicdanıma and içirəm ki...
Konstans. Vicdan sənin yeganə yerindi ki, ona əvəz
tapa bilmərəm. Görürsənmi, mən sənin eşq macəralarını
görməzliyə vuranda hər şey bizdə yağ kimi gedirdi.
Amma indi vəziyyət pis tərəfə dəyişib. Sən məni çox
qəliz vəziyyətə salmısan.
Con. Mən çox təəssüflənirəm, Konstans.
Marta. Konstans, sən ondan ayrılmaq istəyirsən?
Konstans. Yox, istəmirəm. Con, Barbaranın mənə iş
təklif elədiyini unutmamısan ki? Mən imtina eləmişdim.

357
   352   353   354   355   356   357   358   359   360   361   362