Page 358 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 358
yam Somerset Moem

Amma indi fikrimi dəyişib təklifi qəbul eləmək istəyi-
rəm.

Con. Niyə? Başa düşə bilmirəm, bunun nə mənası
var?

Kontans. Çünki daha bütünlüklə səndən asılı ol-
maq istəmirəm, Con.

Con. Amma axı, mənim əzizim, qazandıqlarımın
hamısı həm də sənindi. Səni hər şeylə təmin etmək mə-
nim ən böyük sevincimdi. Tanrı da şahiddi ki, sənin tələ-
batın elə də böyük deyil.

Konstans. Səninlə razıyam. Con etiraf elə ki, bu vax-
tacan mən özümü ağıllı aparmışam, eləmi? İndi isə
mənim istəklərimə qarşı çıxma.

(Qısa pauza)
Con. Başa düşə bilmirəm, işləmək sənin nəyinə
lazımdı axı? Amma məsələni belə qoyursansa, bir kəlmə
də deyən deyiləm. Təbii ki, arzularını gerçəkləşdirmək
sənin haqqındı.
Konstans. Bax, bu lap gözəl oldu. İndi pasientlə-
rinin yanına get. Yoxsa mən tək özümü yox, səni də
saxlamalı olacam.
Con. Səni öpə bilərəmmi?
Konstans. Niyə də yox?
Con (Onu öpür). Deməli, barışdıq?
Konstans. Barış və qarşılıqlı anlaşma. (Con çıxır.) O,
çox şirin oğlandı, eləmi?
Missis Kalver. Konstans, nə plan qurmusan?
Konstans. Mənmi, ana? (Onu sorğuya çəkir.) Sən
özün necə bilirsən?
Missis Kalver. Sənin baxışların xoşuma gəlmir.
Konstans. Heyif. Amma çoxları bu baxışların qarşı-
sında əriyib gedir.
Missis Kalver. Sən nəsə yaramaz bir şey düzüb-
qoşmusan, amma onun məhz nə olduğunu anlamıram.
Marta. Başım çıxmır, Barbaranın yanında işləmək
sənə nə verəcək?

358
   353   354   355   356   357   358   359   360   361   362   363