Page 362 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 362
yam Somerset Moem

uyğun borcdan çıxır. Amma indi gəl bizim zümrənin
qadınlarına diqqət verək. Ev işlərini qulluqçular görür,
əgər qadın özünə əziyyət verib doğmaq istəyirsə, uşaq-
lara dayələr baxır və imkan düşən kimi onlar özəl inter-
nat məktəblərə göndərilir. Gəl həqiqətin gözünün içinə
baxaq. Əslində, qadın kişinin ona sahib çıxmaq həvəsini
ustalıqla dəyərləndirən bir məşuqədi. Bu həvəsdən bərk-
bərk tutaraq kişini nikah mərasiminə tərəf çəkir. Səbəb
də odur ki, hətta bu həvəs öləndən sonra da o kişiylə bir
damın altında yaşaya bilsin.

Bernard. O həm də kişinin həyat yoldaşı və dos-
tudur.

Konstans. Əzizim, ağlı başında olan hansı kişi brici
klubda yox, evdə arvadıyla, yaxud da qolfu kişiylə yox,
qadınla oynamaq istəyər? Muzdlu katib kişinin işinə
onu sevən yarından daha çox yarayır. Lap dərinə getsək,
müasir arvad həşərat kimi bir şeydi.

Bernard. Mən səninlə razı deyiləm.
Konstans. Çünki zavallı dostum, məni sevdiyin
üçün həqiqətin gözünün içinə baxa bilmirsən.
Bernard. Sənin nə demək istədiyini heç cür başa
düşmürəm.
Konstans. Con mənə başım üstə dam, oturmağa
yer, əyin-baş almağa, əylənməyə pul, yolum üçün avto-
mobil verir, cəmiyyətdə mənə mövqe qazandırıb. Onun
başqa çıxış yolu da yoxdu. Çünki on-on beş il mənə
dəlicəsinə vurulub və bütün bu sadaladığımla razılaşıb.
Əlbəttə, əgər indi onun özündən soruşsan, deyər ki,
dəliliyin məhəbbət qədər ötəri, ani növü yoxdu. Bu hərə-
kəti onun ya ürəyiaçıqlığından, ya da burnundan o yanı
görməməsindən xəbər verir. Necə düşünürsən, onun bu
ürəyiaçıqlığından və burnundan uzağı görə bilməməsi
kimi qüsurundan istifadə eləməklə mən vicdansızlıq
nümayiş elətdirmirəm ki?
Bernard. Nə mənada?

362
   357   358   359   360   361   362   363   364   365   366   367