Page 359 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 359
Seçilmiş əsərləri

Konstans. İldə min funtdan min beş yüz funta qə-
dər pul.

Marta. Özün də bilirsən ki, mən pulu demirəm.
Konstans. Ev qadını olmaqdan bezmişəm.
Marta. Ev qadını dedikdə sən nəyi nəzərdə tutur-
san?
Konstans. Pulu verməyə yox, almağa öyrəncəli
fahişəni.
Missis Kalver. Əzizim, sənin bu sözlərini atan eşit-
səydi, nə deyərdi.
Konstans. Əzizim, iyirmi beş il əvvəl ölmüş bir
centlmenin nə deyəcəyini bilmək üçün fal açdırmaq la-
zımdı. O, hazırcavab adam idi?
Missis Kalver. Əlbəttə, yox. O, yaxşı adam idi, am-
ma başdan bir az xarab idi. Tanrılar da belələrini çox
sevdiklərindən onu tez öz yanlarına çağırdılar.
(Bernard Kersal qapını açıb qonaq otağına baxır.)
Bernard. Gəlmək olar?
Konstans. Axır ki. Mən də elə bildim, yəqin, hara-
dasa ilişib qalmısan.
Bernard. Mənim maşınımı görəndə Luiza xahiş
elədi ki, özüm onu aparım. Mən də imtina eləyə bilmə-
dim.
Konstans. Deməli, sən onu evinə aparmısan?
Bernard. Yox, mənə dedi ki, mütləq saçını qaydaya
salmalıdır. Mən onu Bond-stritdəki salona apardım.
Konstans. Bəs sonra?
Bernard. Dedi ki, özüm də bilmirəm, siz mənim
barəmdə nə fikirdəsiz.
Konstans. Qadınların əksəriyyəti kişinin fikri onu
maraqlandırmasa da, belə deyir. Sən nə cavab verdin?
Bernard. Dedim, çalışıram, mənə qəti aidiyyəti ol-
mayan məsələlər barədə fikir bildirməyim.
Konstans. Əzizim Bernard, səndə mənə ən xoş
gələn şey özündən çıxmamaq bacarığındı. Hətta yerlə

359
   354   355   356   357   358   359   360   361   362   363   364