Page 354 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 354
yam Somerset Moem
Con. Çünki mən axmaq kimi görünmək istəmirəm.
Konstans. Onda, deməli, mən öz sualıma cavab ala
bildim. Artıq nə sən mənə, nə mən sənə aşiqəm.
Con. Sən bu haqda heç vaxt mənimlə danışmamı-
san.
Konstans. Fikrimcə, ər-arvadlar bir-biriylə bizdən
qat-qat artıq danışır. Amma elə nüanslar var ki, bir-bi-
rinə doğma olan iki insan bunu yaxşı bilsə də, özlərini
elə aparırlar ki, guya, bilmirlər. Güman eləyirlər ki, belə
olmağı hər ikisinin xeyrinədi.
Con. Sən nədən bu qənaətə gəlmisən?
Konstans. İndi sənə deyəcəm. Bir dəfə biz rəqs
eləyəndə aşkar elədim ki, hərəkətlərimiz əvvəlki qədər
sinxron alınmır. Məsələ mənim fikrimin dağınıq olma-
sındaydı. Bizimlə yanaşı rəqs eləyən bir qadının saç dü-
zümünə baxıb fikirləşdim ki, görən, beləsi mənə
yaraşar? Sonra sənə baxıb gördüm ki, onun ayaqlarına
məftun olmusan. Elə onda anladım ki, sən daha məni
sevmirsən. Dərindən nəfəs aldım, çünki artıq mənim də
sənə sevgim ölmüşdü.
Con. Etiraf eləməliyəm ki, bu heç mənim ağlıma da
gəlməyib.
Konstans. Bilirəm. Vurğunluq müvəqqəti bir şeydi.
Kişinin ağlına da gəlməz ki, qadın onu sevməyə bilər.
Əzizim, qəti narahat olma, bu, sizin cinsin çox nadir
çatışmazlıqlarından biridi.
Marta. Sən bu sözlərlə mənə, anama işarə eləyirsən
ki, bundan sonra Conun eşq macəraları bir-birini sıra-
ladı, o da doydum demədi.
Konstans. Onu illər sonrası ilk dəfə pis ayaqda, ən
dar cığırda yaxaladıq deyə, gəl elə düşünək ki, heç də
vəfasız olmayıb. Sən mənə qarşı acıqlı deyilsən ki, Con?
Con. Yox, əzizim, acıqlı deyiləm... Amma bir az
dilxoram. Elə bilirəm ki, sən məni gülüş hədəfinə çevir-
misən. Ağlıma da gəlməzdi ki, mənə olan hisslərin belə
dəyişə bilər. Əlbəttə, bu, mənim xoşuma gəlmir.
354