Page 356 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 356
yam Somerset Moem
Con. Mən hələ hisslərimə qarşı getməyi ağlıma gə-
tirmirəm.
Konstans. Fikirləşdim ki, bəlkə, elə belə yaxşıdı.
Yaxşı ki, onun diqqətini mənim yaxın rəfiqəm cəlb elə-
yib. Bu halda bir ana kimi hər ikisini öz nəzarətimdə sax-
laya bilərəm.
Con. Bu lap çox oldu, Konstans.
Konstans. Mari-Luiza çox yaxşıdı. Con kifirin biri-
siylə gəzsəydi, mənim xətrimə dəyərdi. Mari-Luiza çox
varlıdır. Deməli, onun Conun puluna ehtiyacı yox idi.
Həmin pulları mən geninə-boluna öz evim üçün xərc-
ləyə bilmişəm. Mari-Luiza elə ağıllı deyil ki, səni öz nə-
zarətində saxlaya bilsin. Nə qədər ki sənin ürəyin mənə
məxsus idi, bədəninin onun olması fikriylə barışmalı ol-
muşdum. Con, əgər qıraqda bir başqasıyla gəzmək istə-
səydin və məsləhət üçün mənə müraciət eləsəydin, sənə
yalnız Mari-Luizanı təklif eləyərdim. Əgər sənə nəsə bir
məşuqə arzulasaydım, seçimim məhz Mari-Luiza olardı.
Con. Əzizim, elə başa düşdüm ki, biz sənə elə də
güclü kəf gəlməmişik. Sən elə müdriklik nümayiş eləyir-
sən ki, elə bil mənim bütün içimi görürsən.
Missis Kalver. Konstans, sənin bu münasibətini
bəyənmirəm. Mənim vaxtımda əgər arvad kişisinin bir
başqasıyla gəzdiyini bilsəydi, hönkür-hönkür ağlayıb,
düz üç həftə anasının yanında qalardı. Ərinin peşiman-
çılıq hissi keçirdiyini, öz günahını yumaq üçün hər şeyə
hazır olduğunu görməyincə yanına qayıtmazdı.
Marta. Belə başa düşürük ki, sən Conla boşanmaq
fikrində deyilsən, eləmi?
Konstans. Bilirsiz, başa düşə bilmirəm, nədən qadın
ərinin, sadəcə bir başqasıyla gəzdiyinə görə öz rahat
evini atmalı, yanındakı kişi nəfəsindən, qazancdan ona
düşən heç də az olmayan paydan imtina eləməlidir. Bu
“bilirsiz”, nəyə bənzəyir? Elə bil burnunu kəsib atırsan
ki, üzün genişlənsin.
356