Page 361 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 361
Seçilmiş əsərləri

Bernard. Sənin nələr yaşadığını fikirləşəndə ürəyim
qan ağlayır.

Konstans. Başqalarının bədbəxtliyini ürəyə belə ya-
xın qoymaq olmaz.

Bernard. Ürəyin nə vaxt nə istəsə, qulluğunda ha-
zıram. Bu sözləri sənə deməyimin üstündən heç bir saat
da keçməyib. Ağlıma gəlməzdi ki, vaxt belə tez keçəcək.
Artıq ruhuma hakim kəsilən məhəbbətimi gizlətməyə
ehtiyac yoxdu. O-o, Konstans, mənə ərə gəl. Özün də
bilirsən ki, sizin canbir qəlbdə yaşadığınıza inanmaqda
davam eləsəydim, bu haqda bir kəlmə də deməzdim. O,
səni sevmir. Nədən axı səni belə alçaldan birisiylə bir
damın altında yaşayasan? Özü də bilirsən ki, neçə illərdi,
sənə qarşı necə sədaqətliyəm. Sən özünü mənə etibar
eləyə bilərsən. Çəkdiyin bu mənəvi əzabı sənə unutdur-
maq üçün lazım gəlsə, həyatımı da qurban verərəm.
Konstans, mənə ərə gələrsənmi?

Konstans. Əzizim, əlbəttə ki, Con özünü çox iyrənc
aparıb, amma o, əvvəlki kimi mənim ərimdi.

Bernard. Yalnız kağızda. Sən qalmaqaldan yayın-
maq üçün gücün çatanı elədin, indi əgər boşanmaq
istəsən, o, sənə etiraz eləyə bilməz.

Konstans. Doğrudanmı, sən elə fikirləşirsən ki, Con
özünü çox iyrənc aparıb?

Bernard (Heyrətlə). Bəlkə, mənə demək istəyirsən ki,
onunla Mari-Luiza arasındakı münasibətlərdə sənə nəsə
şübhəli qalan məqamlar var?

Konstans. Yoxdu.
Bernard. Onda and verirəm, de görüm, nə məsə-
lədi?
Konstans. Mənim doğma Bernardım, sən varlı
adamlar üçün nikahın nə olduğu barədə nə vaxtsa dü-
şünmüsənmi? Fəhlə sinfiylə bağlı məsələ məlumdu.
Arvad yemək bişirir, evi silib-süpürür, corabları yuyur,
uşaqlara baxır, onlara paltar tikir. Nə isə, o, öz qiymətinə

361
   356   357   358   359   360   361   362   363   364   365   366