Page 360 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 360
yam Somerset Moem
göy birləşsə belə, sən ideal ingilis centlmeni olaraq qala-
caqsan.
Bernard. Mən fikirləşdim ki, bu ən yerinə düşən
cavabdı.
Konstans. Hə, əziz anam, daha səni burada saxla-
mağa cürət eləmirəm. Martayla sənin, yəqin, o qədər
işiniz var ki.
Missis Kalver. İşimizi yadımıza saldığına görə tə-
şəkkür. Gedək, Marta. Görüşənədək, əzizim, sağ ol, mis-
ter Kersal.
Bernard. Sağ olun.
Konstans (Martaya). Görüşənədək, əzizim. Dərdimə
şərik olduğuna görə sənə minnətdaram. Ağır günümdə
mənə çox dayaq oldun.
Marta. Mən səni başa düşə bilmirəm, nə desən də,
başıma girməyəcək.
Konstans. Sizə uğurlar. (Missis Kalver və Marta çıxır.
Bernard onların ardınca qapını bağlayır.) Biz çoxmu geci-
kirik?
Bernard. O qədər çox gecikirik ki, bir neçə dəqiqə
bizi xilas eləyə bilməz. Mənim sənə çox vacib bir sözüm
var.
Konstans (Bernarddan söz çəkə-çəkə). Sənin, yoxsa
mənim üçün vacib?
Bernard. Bu dəhşətli səhnənin məni necə təəssüf-
ləndirdiyini təsəvvürünə belə gətirə bilməzsən.
Konstans. Elə düşünürəm, bunun bir işıqlı tərəfi də
var?
Bernard. Mən yalnız bu gün həqiqəti bildim. Amma
ağlıma da gəlməzdi ki, sən çoxdan bu məsələdən xəbər-
darsan. Əgər bu qədər vaxtı bu boyda əzabı gülüş pər-
dəsi arxasında gizləyə bilmisənsə, sən çox güclü
qadınsan. Əgər əvvəllər mən sənə sadəcə, pərəstiş edir-
dimsə, indi on dəfə artıq pərəstiş eləyirəm.
Konstans. Bernard, sən məni lap utandırdın.
360