Page 363 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 363
Seçilmiş əsərləri

Konstans. Daha ucuz ala biləcəyi bir şey ona həd-
dən artıq baha başa gəlib. Bu, daha ona lazım olmayacaq.
Odur ki, mən nədən tərəddüd eləməliyəm? Həvəsin,
istəyin gec-tez söndüyünü mən başqalarından pis bil-
mirəm. Həvəs gəlir və gedir, bunun ötəriliyinin səbəbini
isə bilən yoxdu. Əminlik yalnız bir şeydədir: əgər həvəs
öldüsə, bir də dirilməyəcək. Ona görə də əgər Con lazım
olan hər şeylə hələlik məni təmin eləyirsə, mənə qarşı
naxələf çıxmasından şikayətlənməyə nə haqqım var? O,
özünə bir oyuncaq alıb və əgər daha onunla oynamaq
istəmirsə, özünü zorlamalı deyil ki? O, həmin oyuncağı
alıb axı.

Bernard. Haqlısan, amma bu yalnız özü haqqında
düşünən kişilərə aiddi. Bəs, qadın?

Konstans. Hesab eləmirəm ki, qadının vəziyyətinə
təəssüflənmək lazımdı. Mən də yüz qızdan doxsan doq-
quzu kimi yalnız bir məqsədlə ərə getmişəm. Bunun
yaşamaq üçün daha asan, daha yüngül və daha sərfəli
üsul olduğu səbəbindən. On beş il ərdə olan bir qadın
kişisinin ona qarşı naxələf çıxdığını biləndə ürəyi yox,
qüruru sınır. Əgər həyata ayıq başla baxmağı bacarırsa,
anlamalıdır ki, bu, arvadlıq adlı ümumilikdə çox xoş bir
peşənin qaçılmaz tərəflərindəndi.

Bernard. Bununla da, sən məni bəyənmədiyini de-
mək istəyirsən.

Konstans. Elə bilirsən, mənim prinsiplərim cəfən-
giyyatdı?

Bernard. Elə bilirəm ki, sən də məni mən səni
sevdiyim qədər sevsəydin, bütün bunları ciddi qəbul
eləməzdin. Sən hələ də Cona aşiqsən?

Konstans. O, mənə çox əziz bir insandı, eynimi açır,
biz bir-birimizlə çox yaxşı yola gedirik, amma mən daha
ona aşiq deyiləm.

Bernard. Sadaladıqların sənə kifayətdir? Səni həd-
dən ziyadə yeknəsəq gələcək gözləmir ki? Doğrudanmı,
sənə məhəbbət lazım deyil?

363
   358   359   360   361   362   363   364   365   366   367   368