Page 367 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 367
Seçilmiş əsərləri
Marta. Bura?
Konstans. Hə. Dedi ki, mən evdən çıxanacan gəlib
görüşəcək.
Marta. Maraqlıdır, görən, ona nə lazımdı?
Konstans. Bəlkə, ayrılığımızı daha da uzatmaq
istəmir. Fikrimcə, bu istənilən halda, onun tərəfindən
çox nəcib addımdı. Yaddan çıxarmayaq ki, o, yenidən
qayıdıb, yəqin, işi-gücü xirtdəkdəndi.
Barbara. O, bütün dünyanı gəzib, eləmi?
Konstans. Hə, Malaziyada olub, Mortimerin o ölkə-
də biznes maraqları var, Çində olub, İngiltərəyə də Hin-
distandan üzüb gəliblər.
Marta. Dəfələrlə özüm sual vermişəm, görən, hə-
min biabırçı səhnədən sonra onları o uzaq səfərə sən yol-
lamamısan ki?
Konstans. O səhnə ki etiraf elə, əzizim, sənə sonsuz
məmnunluq gətirdi.
Barbara. Şübhəsiz, onlar düzgün qərar qəbul etdilər.
Marta. Təbii ki, öz işindi, əzizim, amma onun şəhər-
də peyda olduğu bir vaxtda sənin altıhəftəliyə qeyb ol-
mağın düzgündürmü?
Konstans. Biz zəhmətkeş qadınlar məzuniyyəti an-
caq bizə veriləndə götürə bilərik.
Barbara. Con, əlbəttə ki, yaxşı dərs aldı. İkinci dəfə
bu səhvi eləməz.
Marta. Elə düşünürsən ki, o daha Mari-Luizanı
sevmir?
Konstans. Nə bilim. Bu da Con. Yaxşısı budur, özün-
dən soruş.
(Bu zaman Con qonaq otağına daxil olur.)
Con. Nə soruşsun?
Marta (Özünü itirmədən). Fikirləşirəm, görən, Kons-
tans səfərdə olan müddətdə sən burada nəylə məşğul
olacaqsan?
Con. Mənim o qədər işim var ki. Bilirsən, klubda
daha tez-tez olacam.
367