Page 371 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 371
Seçilmiş əsərləri

gələcəyin narahat eləyir. Əgər mənimlə Mari-Luizanın
münasibətlərinə bir yağlı nöqtə qoyulmasa, heç vaxt
sənin gözünün içinə baxa bilmərəm.

Konstans. Sənin belə məsum və ucuz həzdən məh-
rum olacağının fikri mənə ağır gəlir.

Con. Əlbəttə, bu, ağır qərardı, amma əgər qəbul olu-
nubsa, hesab eləyirəm ki, çevik hərəkət eləmək lazımdı.

Konstans. Səninlə tamamilə razıyam. Bilirsən, mən
nə eləyəcəm? Mari-Luiza burada peyda olan kimi çıxıb
sizi təklikdə qoyacam.

Con. Amma mən tam əksini düşünürdüm.
Konstans. Niyə?
Con. Çünki qadın bu işin öhdəsindən kişidən qat-
qat yaxşı gələr. Ağlıma belə bir fikir gəlib: niyə axı sən
ona hər şeyi izah eləməyəsən?
Konstans. Mən?
Con. Səndən nə gedir ki? Mən desəm yaxşı düşməz.
Deyərsən, bəs, insan özünə hörmət qoymalıdır. Odur ki,
sən məsələni belə qoyursan: ya o, mənə yaxın gəlmir, ya
da sən əks halda onu bütün şəhərdə biabır eləyirsən.
Konstans. Axı özün də bilirsən, mənim necə yum-
şaq ürəyim var. Əgər o, hönkürüb ağlasa, sənsiz yaşaya
bilmədiyini bəyan eləsə, əlbəttə ki, dözə bilməyib deyə-
cəm ki, lənət şeytana, qoy Con elə sənin olsun.
Con. Konstans, sən mənə belə badalaq vurmazsan.
Konstans. Niyə ki? Özün də bilirsən, sənin xoşbəxt-
liyin mənim üçün hər şeydən irəlidir.
Con (Qısa pauzadan sonra). Konstans, səninlə tam
açıq olmaq istəyirəm. Mari-Luizadan mən xirtdəyəcən
doymuşam.
Konstan. Əzizim, niyə əvvəlcədən belə demirdin?
Con. Konstans, özün yaxşı başa düşürsən ki, qadına
belə şeyləri deməzlər.
Konstans. Başa düşürəm. Bu, onun heç xoşuna gəl-
məyəcək.

371
   366   367   368   369   370   371   372   373   374   375   376