Page 373 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 373
Seçilmiş əsərləri
Con. Qəti.
Mari-Luiza. Amma mən arıqlamışam. (Konstansa)
Yolqabağı sənə çatdığıma görə necə də şadam. Əgər
geciksəydim, yanıb-yaxılardım. (Cona). Hara gedirsiniz?
Con. Heç hara. Konstans tək gedir.
Mari-Luiza. Hə, əlbəttə. Sən axı həmişə məşğulsan,
düz demirəm?
Con. Elədi.
Mari-Luiza. Konstans burda olmadığı müddətdə
ümidvaram ki, biz vaxt eləyib görüşəcəyik.
Con. Nə bilim.
Mari-Luiza. Mortimer indi qolfu əvvəlkindən xeyli
yaxşı oynayır. O, məmnuniyyətlə sənlə yarışa çıxar.
Con. Hə, əlbəttə. Elə mən də onunla. (Çıxır.)
Mari-Luiza. Elə istəyirdim ki, səni evdə tək tutam.
Konstans, sənə deməyə o qədər sözüm var. Con necə də
diqqətlidir. Dərhal çıxıb getdi. Ondan başlamaq istə-
yirəm ki, hər şey yağ kimi alındı. Sən tamam haqlıy-
mışsan. Sənin məsləhətinə qulaq asıb Mortimeri az qala
birillik buradan dartıb aparmağım çox yerinə düşdü.
Konstans. Mortimer axmaq deyil ki.
Mari-Luiza. Hə kişilərlə müqayisədə yetərincə ağlı
var. Əlbəttə ki, məndən şübhələndiyinə görə həyatını
cəhənnəmə döndərdim, axır-axırda lap mum kimi oldu.
Amma görürdün ki, mənlə bağlı onda tam arxayınçılıq
yoxdu. Kişilərin nə məxluq olduğunu məndən yaxşı
bilirsən. Əgər nəsə beyninə girdisə, onu oradan maq-
qaşla da dartıb çıxara bilməzsən. Amma səfərin səmərəsi
oldu. Mən özümü mələk kimi apardım, o da xeyli pul
qazandı. Odur ki, indi mənə də, insanlara da daha çox
etibar eləyir.
Konstans. Mən çox şadam.
Mari-Luiza. Mən sənin qarşında çox borcluyam,
Mari-Luiza. Mən Mortimerə Seylonda sənin üçün çox
gözəl sapfir aldırdım. Dedim ki, sənin qabağında işlət-
373