Page 377 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 377
Seçilmiş əsərləri
Mari-Luiza (Təbəssümlə). Sənin ciddi dediyinə inan-
mıram. Özün bilirsən ki, mənim səndən yaxın rəfiqəm
yoxdu.
Konstans. Mən insanları olduqları kimi qəbul elə-
yirəm və mərc gəlməyə hazıram ki, sən iyirmi ildən
sonra mərhəmət mücəssəməsi olacaqsan.
Mari-Luiza. Əzizim, dərhal hiss elədim ki, sən mə-
nimlə məzələnmək qərarına gəlmisən.
Konstans. İndi qaç get, canım-gözüm, mən də Cona
bu faciəvi xəbəri çatdırım.
Mari-Luiza. Görüşənədək, onunla bir az yumşaq
danış. Biz onun hisslərinə rəhm eləməliyik. (Dönüb ge-
dir və qapıya çatanda dayanıb Konstansa baxır.) Mənə
həmişə qəribə gəlir ki, görən, sən belə gözəl ola-ola
nədən kişilərin diqqətini o qədər də cəlb eləmirsən? Ca-
vab indi mənə aydın oldu.
Konstans. Mənə də de.
Mari-Luiza. Bilirsən... sən yumoru xoşlayan qadın-
san. Kişilər də yumoru xoşlayan qadını xoşlamırlar.
(Çıxır. Bir az sonra qapı astaca açılır və Conun başı
görünür)
Con. Getdi?
Konstans. Gəl. Yol açıqdı, hər şey də qaydasındadı.
Con (Qonaq otağına daxil olur). Qapını necə bağladı-
ğını eşitdim. Sən ona dedin?
Konstans. Hə.
Con. Dilxor oldu?
Konstans. Əlbəttə, sarsıntı keçirdi, amma zərbəyə
dözə bildi.
Con. Ağladı?
Konstans. Yox. O qədər də yox. Düzü, elə bilirəm,
sözlərim onu, sadəcə, keyitdi. Amma qəti əminəm ki,
evə gəlib donu açılanda, hər şeyi olduğu kimi dərk
eləyəndə içindən bir dəli hönkürtü qopacaq.
Con. Ağlayan qadın! Dəhşətli mənzərədi.
377