Page 381 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 381
Seçilmiş əsərləri
yirəm ki, bu, mənə əl verir. Sən məsələdən iş böyü-
yəndən xeyli əvvəl agah olmuşdun. Amma mənə hələ
də aydın deyil ki, səni işləməyə nə vadar etdi.
Konstans. Bütün qadınlar kimi mən də tənbələm.
Abır-ismət yerində olana qədər əvəz qaytarmadan al-
dıqlarımla razılaşırdım. Hə, özüm də bilirdim ki, həşərat
kimiyəm. Amma sonra iş elə gətirdi ki, bunu mənim
üzümə vurmaqdan səni ancaq nəcibliyin, bir də ağıl-
dankəmliyin saxlayanda həyatımı dəyişmək qərarına
gəldim. Düşünürdüm, artıq elə bir mövqe qazanmağın
vaxtı çatıb ki, ürəyim istəyən an təmkinli və nəzakətli
tərzdə, amma tam qətiyyətlə sənə rədd olmağı təklif
eləyim.
Con. İndi də həmin mövqedəsən?
Konstans. Məhz həmin mövqedəyəm. Mənim
səndən heç bir asılacağım yoxdu. Özümü saxlaya
bilərəm. Son bir il üçün öz xərclərimin hamısını özüm
ödəmişəm. Əslində, bütün azadlıqların başında bir
azadlıq durur – maddi azadlıq. Hara fırlatsan da, hər
şeyi pul həll eləyir. Hə, indi mən bu azadlığa çatmışam
və qəlbim sevinc hissiylə aşıb-daşır. Yadımdadı, bu hiss-
ləri mən yalnız həyatımda ilk dəfə çiyələk dondurması
yeyəndə yaşamışdım.
Con. Bilirsən, yaxşı olardı, sən indi üstümə yağdır-
dığın bu bumbuz nifrəti bir il xırda-xırda yığıb saxla-
maqdansa, orta statistik qadın kimi mənə bir ay dişinin
dibindən çıxanı deyəydin.
Konstans. Əzizim, sən nə danışırsan? Sən məni düz
on beş ildi, tanıyırsan. Məgər məni qeyri-səmimilikdə
günahlandırmaq olarmı? Məndə sənə qarşı nifrət-filan
yoxdu. Bu, necə ola bilər, əzizim, mən axı səni çox sevi-
rəm.
Con. Belə çıxır ki, sən bütün bunları mənə özümü
əclaf yerində hiss elətdirməkdən ötrü deyirsən.
381