Page 383 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 383
Seçilmiş əsərləri
Konstans. Mənim buna çox böyük şübhəm var.
Çünki biz avtomobildə olacağıq, özü də tünlük yerləri
yox, kənar-bucaqları seçəcəyik. Bizim əziz dostlarımız
başımızı ağrıtmayacaqlar, əmin ola bilərsən. Əgər möv-
sümün ən qızğın çağında məşhur kurortlara getsən, bax,
onda dostların gözü qarşısında olacaqsan.
Con. Əlbəttə, mən o qədər axmaq deyiləm ki, kişiylə
qadın birlikdə səyahətə çıxırsa, bunun ən pis tərəfini
fikirləşim, amma bu hərəkətin kifayət qədər qeyri-adi
olduğunu da inkar eləyə bilmərəm. Sizin aranızda nəsə
ola biləcəyini mən ağlıma belə gətirmirəm, amma adi
adam məhz pis tərəfi düşünəcək.
Konstans (Kifayət qədər soyuq). Mənə həmişə elə
gəlib ki, adi adamlar özlərini müdrik sayanlardan daha
ayıqdı.
Con (Üz-gözünü turşudaraq). Bununla nə demək
istəyirsən?
Konstans. Əlbəttə ki, biz səfərə ər-arvad kimi yolla-
nırıq.
Con. Konstans: Mənim başımı xarab eləmə. Nə
dediyini özün də bilmirsən. Bu heç də gülməli deyil.
Konstans. Zavallı Con, bəs sən bizi necə qəbul
eləyirsən? Məgər mən belə kifirəm ki, sözlərim sənə
inandırıcı görünmür? Bəs başqa nədən mən məhz Ber-
nardla yola çıxıram? Əgər mənə yol yoldaşı lazım olsay-
dı, qadınla gedərdim. Bir-birimizə baş ağrısından
gileylənərdik, eyni salonda bir-birimizin başını yuyar-
dıq, əyin-baş qeybəti eləyərdik. Qadınla səfərə çıxmaq
daha xoşdu.
Con. Ola bilsin, mən lap dəli olmuşam, amma sənin
nə demək istədiyini heç cür başa düşə bilmirəm. Doğ-
rudanmı, Bernard Kersalın sənin məşuqun olduğuna
məni inandırmaq istəyirsən?
Konstans. Əlbəttə, yox.
Con. Bəs onda bu, nə söhbətdi?
383