Page 388 - U.S.Moem "Seçilmiş əsərləri"
P. 388
yam Somerset Moem
dan belə hərəkətləri həmişə gözləmək olar. Ona görə də
gərək günahından keçəsən. Amma qadın başqadı. Poli-
qamlıq kişilərin qanındadı. Odur ki, müdrik qadın qeyri-
iradi hərəkətlərini kişiyə bağışlamağı bacarmalıdır.
Çünki onlar təbiətlərini dəyişə bilməzlər. Qadın isə təbi-
ətən monoqam məxluqdu. Onlar, sadəcə, bir kişidən ar-
tığını arzulaya bilməzlər. Bax, buna görə də onlar öz
cinsləri üçün müəyyən olunmuş təbii məhdudiyyətləri
pozanda bütün dünyanın qınaq yerinə çevrilirlər.
Konstans (Təbəssümlə). Qəribə işdi. Bilirsən, adam
heç cür anlaya bilmir ki, nədən ər üçün şirin olan şeyə,
arvad tamarzı qalsın.
Missis Kalver. Hamımıza məlumdu ki, sədaqət
anlayışı kişi üçün boş şeydi. Onlar qadını paltar kimi
dəyişə-dəyişə vicdanlı, zəhmətkeş, etibarlı ər adını da
özlərində saxlaya bilərlər. Amma qadında hər şey başqa
cürdü. Bu zaman onları yalançı, ikrahedici, laqeyd, yiyə-
siz, riyakar məxluq kimi qəbul eləyir. Bax elə buna gö-
rədi ki, bəşəriyyətin on min illərdən bəri olan təcrübəsi
qadından sədaqət tələb eləyir. Hamı bilir ki, sədaqət bü-
tün insani keyfiyyətlərin açarıdı.
Konstans. Onların ən böyük sədaqətsizliyi elə özlə-
rini satmaqlarıdı. Onlar yemək, geymək, yatmaq üçün
özlərini bazara çıxarırlar. Onlar yeriyən, daşınan şəxsi
əmlakdılar. Onlar büsbütün ərlərindən asılıdırlar və
ərlərinə xəyanət eləyəndə namussuz, riyakar adlarıyla
damğalanırlar. Amma mən başqayam. Mənim Condan
maddi asılılığım yoxdu, ona görə də seksual azadlıq tə-
ləb eləyirəm. Bu gün mən birillik xərclərimin müqabi-
lində Conun hesabına min funt köçürmüşəm.
Con. Mən o puldan imtina eləyirəm.
Konstans. İstəsən də, istəməsən də, o pul sənindi.
Missis Kalver. Bu, sənin belə özündən çıxmağına
əsas vermir.
Konstans. Mən özümdən çıxıb eləməmişəm.
388